Əflatun Amaşovun Milli Məclisin plenar iclasındakı çıxışı -

Əflatun Amaşovun Milli Məclisin plenar iclasındakı çıxışı

https://www.facebook.com/groups/604248139738662/ 

 

"Bir müddət əvvəl Milli Məclisdə Gürcüstanın tanınmış ziyalılarından və ictimaiyyət nümayəndələrindən ibarət bir qrup soydaşımızla Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvlərinin görüşü keçirildi. Cənab Sədr, belə bir toplantının təşkilinə həssas yanaşdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. İstərdim ki, hamı həmin tədbirdə səslənmiş məsələlərlə tanış olsun.

Məlumdur ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi ölkəmizin daxilində miqrant və əcnəbilərin hərəkət və fəaliyyətini tənzimləyir. Lakin bu qanunvericilik soydaşlarımızı, o cümlədən Gürcüstan vətəndaşı olan soydaşlarımızın əcnəbi statusunda qəbul edir. Yəni tutalım ölkəmizə gələn hansısa xarici vətəndaşla hansısa xarici ölkənin vətəndaşlığını alan azərbaycanlı arasında heç bir fərq yoxdur. Yaxşı olardı ki, fərq olsun. Çünki Azərbaycan dünyada yaşayan 50 milyon azərbaycanlının Vətənidir. Bununla bağlı dünyada kifayət qədər təcrübə var. Bunun üçün isə “Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır.

Görüşdə qabardılan ikinci məsələ də önəmlidir. Bilirsiniz ki, 1989-cu ildə Gürcüstandakı məlum olaylar sonrası soydaşlarımızın əhəmiyyətli hissəsi tarixi torpaqlarını tərk etdi. Azərbaycana pənah gətirənlərin böyük əksəriyyəti isə hələ də vətəndaş statusu ala bilməyib. Və onlar indiyədək miqrantdırlar. Heç bir ölkəyə məxsus deyillər. Bu kateqoriyaya aid insanlar üçün xüsusi statusun hazırlanması məqsədəuyğundur, yaxud da onlara Azərbaycan vətəndaşlığını verməliyik.

Gürcüstandakı milli məktəblərimiz üçün pedaqoji kadrlar əsasən də Azərbaycan dili və ədəbiyyatı üzrə çatışmır. Kadrlar ölkəmizdə də hazırlana bilər. Bunun üçün dövlət ali məktəblərimizin birinin nəzdində ixtisaslaşmış xüsusi fakultə formalaşdırmaq, ekspertlərin iştirakı ilə tədris proqramı işləmək lazımdır.Yaxud da bizim ali məktəblərin birinin Gürcüstanda filialını yaratmaq olar".

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !