Lənkəranda Vəhdət dəyərimizdir adlı üç günlük seminar işinə başlayıb - + FOTOLAR(AZpress.AZ – B.Ağaddin)

Lənkəranda “Vəhdət dəyərimizdir” adlı üç günlük seminar işinə başlayıb + FOTOLAR(AZpress.AZ – B.Ağaddin)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Aprelin 23-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Lənkəran şəhərində keçirilən üç günlük seminarın açılış mərasimi olub.
AZpress.AZ xəbər verir ki, açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərində yerləşən abidəsi ziyarət edilərək xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, İnstitutun Dinşünaslıq kafedrasının müdiri Əhməd Niyazov, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə, Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Masallı, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı seminarın əhəmiyyəti barədə fikirlərini bildirərək qeyd edib ki, bugünki tədbirdə respublikanın10 müxtəlif rayonundan olan dini icma sədrləri və din xadimləri iştirak edir. Mənəvi Dəyərlərin Təbliği Fondu həyata keçirdiyi bu kimi tədbirlərlə ölkəmizdə mövcud olan vəhdət ənənələrinin gücləndirilməsinə böyük töfhə verir.
Fondun icraçı direktoru Mehman İsmayılov çıxışı zamanı bildirib ki, Azərbaycanda vəhdət ənənəsinin qorunması hər bir müsəlman üçün mənəvi borcdur. İcraçı direktor qeyd edib ki, bu ənənələrin inkişafı və möhkəmləndirilməsində din xadimləri və ilahiyyatçıların rolu böyükdür. M.İsmayılov diqqətə çatdırıb ki, biz dini mövzuda yazılmış əsərlərimizə, mədəni irsimizə, ilahiyyatçı alimlərimizin təfsir kitablarına nəzər saldığımız zaman vəhdət ənənəsinin köklərinin nə qədər dərin olduğunun şahidi oluruq.
Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə ölkəmizdə tarixən müxtəlif dinlər və məzhəblər arasında mövcud olan vəhdətdən, möminlərin qardaşlığından bəhs edərək layihənin ilk tədbirinin Lənkəran şəhərində keçirilməsinə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.
Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən üç günlük seminar çərçivəsində Lənkəran rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !