Sankt- Peterburq şəhərində yerləşən mədəniyyət ocaqları... - +ViDEO+FOTOLAR (Peterburq - C.Fizuli, AZpress.AZ)

Sankt- Peterburq şəhərində yerləşən mədəniyyət ocaqları... +ViDEO+FOTOLAR (Peterburq - C.Fizuli, AZpress.AZ)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Əziz və hörmətli AZpress.AZ saytının izləyiciləri. Qərara almışam ki,sizi Sankt- Peterburq şəhərində yerləşən mədəniyyət ocaqları,tarixi abidələr,parklar və istirahət ocaqları barəsində silsilə yazılarla tanış edim. Elə düşünürəm ki,ürəyinizcə olar?İlk olaraq Moskovskiy rayon ərazisində yerləşən"Park pobeda"istirahət məkanı barəsində sohbət açmaq istəyirəm. Çox gözəl mənzərəyə və lanşafa malik olan bu park 1939-1941 illərdə vaxtilə "kərpic zavod"u yerləşən bir sahədə salınmışdır.Adi ış günü olmasına baxmayaraq, parkda istirahət edənlərın sayı kıfayət qədərdir .Parkın ərazisiində çoxlu göllər və atraksionlar vardır ki,bu həm böyüklərin,həmdə də kiçiklərin zövqüncədir.Park hissə-hissə tikilmişdir,buna səbəb Böyük Vətən müharibəsinin başlanması olmuşdur ki,bunu mühasirədə yaşamış hər bir leninqradlı bilir.Parkın ərazisində çoxlu abidələr vardır ,bu da parkın sanbalını bır az da artırır.Şəkil də gördüyünüz Marşal Jukovun abidəsinin yerındə,vavtı ilə Stalinin heykəli olub,bəlli səbəblərdən heykəl indi göründüyü kimidir. Leninqradın mühasirəsi vaxtı yuxarıda qeyd elədiyim "Kərpic zavod"krematoriya (meyitlərin yandırıldıgı yer)kimi fəaliyyət göztərib.Şəkildə gördüyünüz bu mexanizmin (Vaqonetka)üzərinə cəsədlər qalaq-qalaq yıgılıb sobaya salınıb yandırılırmış.Onlardan qalan kül qalıqları isə,kisələrə doldurulub yaxınlıqdakı göllərə səpilirmiş.Bir haşiyə çıxım:-1998 -ci ilin yayı idi,uşaqlarnan (hələ onda kiçik yaşda idilər) parkda ailəvi gəzintiyə çıxmışdıq,onların bir- biri ilə öz dillərində danışmagı,yaxınlıqdakı skamyada oturan iki rus nənələrin acıgına gəldi və onlar nümayişkanə formada(o vaxtlar üçün dəbdə olan "poprieexali"sözü ilə, yəni gəlib tökülüşüblər)etiraz etdilər. Bizim telorant davranışımız və uşaqlar üçün gəzintiyə götürdüyümüz qidanın bır qismini,(gücnən də olsa) onlarla bölüşməyimiz bu"münaqişəyə"son qoydu))).Sonra onların bizə danışdıgı və öz gözləri ilə gördüyü mühasirənin dəhşətləri,həqiqətən də insan fantaziyasına sıgışmır.Onların söylədiklərinin ən dəhşətlisi isə,hələ gənc ikən ,blokada vaxtı acından və soyuqdan ölən yaxınlarını şəhərin o başından bura xizəklə necə dartıb gətirmələrini nəql etmələri oldu.Bu gözəl insanlarla söhbəti əsnasında onlara xatırlatma etdim kı,bu müharibədə qeyrı millətlərlə yanaşı, Azərbaycan da 600 min dən çox, ogul və qızını şəhid verib. Elə o vaxtdan (Şəkildə gördüyünüz xatirə lövhəsi hələ o vaxt qoyulmamışdı)buranın müqəddəs bir məkan oldugunu anladım.Burada uyuyan insanların xatirəsini əbədiləşdirmək üçün 2010 cu ildə şəkildə gördüyünüz kilsə inşa edilmişdir.Bura, park kimi tam formada fəaliyyətini 1946 cı ildən bərpa etmişdir ki,artıq Peterburqluların sevimli məkanına çevrilmişdir. Metro stansiyasının bir addımlıqda yerləşməsi isə bura əlavə üstünlük verir.Sizi xatirələrlə baş-başa buraxıb, növbəti reportajlarla görüşmək arzusuyla xudahafizləşirəm.
Sağ olun....Sağlıqla qalın...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !