Orxan Fikrətoğlunun Tülu adlı kitab təqdimatı keçirildi - ViDEO+FOTOLAR ( AZpress.AZ - A.Məhərrəm, M.Ruslan)

Orxan Fikrətoğlunun “Tülu” adlı kitab təqdimatı keçirildi ViDEO+FOTOLAR ( AZpress.AZ - A.Məhərrəm, M.Ruslan)

https://www.facebook.com/groups/604248139738662/ 

 

AZpress.AZ xəbər verir ki, 19 aprel 2019 – ci il tarixində Orxan Fikrətoğlunun “ Tülu ” adlı kitab təqdimatı keçirildi.

Orxan müəllim nəsri, nəzm üslubunda yazan adamdır. Bu hekayələrində qabarıq hiss olunur. “ Vaxt ” adlı kitabında daosizm fəlsəfəsindən sıyrılıb “ Tək ” romanından bu yana daha da milliləşən köhnə azərbaycanlı Orxan Fikrətoğlu kino estetikasıyla müasir dövrün ovqatını da ustalıqla nəql edir.

Zamanı qabağlayan fərd istək və nəzəriyyələrə uymayan şəxsiyyətdir!

Orxan müəllimin ideyasına xidmət edən cümlə axıcılığı, təbiətdə tox olan aslanın şıkarıyla oynamasını xatırladır. Kitab təqdimatında sənətkarımızı diqqətlə müşahidə etdim, ətrafı yazar, kino, musiqi və s. adamlarla dolu olsa da sanki, yazdıqlarına görə narahatlıq keçirirdi. Bu bir qədər də oxucuya inanmamaqdı. - “Anlayacaqlarmı?!...” Təbrik edənlərin içində belə bir cümlə işlədən də oldu “ Bu gün oxumasalar da sabah oxuyacaqlar ” və sizi əmin edirəm ki, Orxan müəllim Siz tək deyilsiz. Var olan məmləkətimiz də o qədər daxilən zənginlər varki, ana balasını baxışından duyduğu kimi Sizi duyur. Odur ki, yaşamağa və yaratmağa dəyər...

Orxan müəllimin əsərlərinin qəhramanları sanki, müxtəlif tale yaşayan bir məhəllənin adamlarıdı, onlar zirzəmidə , Sinqapur şarına minib göy üzündə, liftdə hər yerdədirlər. Yaratdığı obrazların çoxunda insan xislətinə aid günahkarlıq var. Sanki deyir: “ İnsan günah sahibidi və bu günahkarlar rahib qarşısında etiraflar etsələr də bağışlanma diləmir.”

Yaradıcı adam hər mənada tox olmalıdır: maddi, mənəvi və fiziki. Orxan müəllimə daim tox olmağı arzulayaraq, sağlam ömür diləyirəm...

 

Ruslan Mollayev

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !