BDU-da V Bakı Yapon Mədəniyyəti Festivalı keçirilib - +FOTOLAR ( AZpressAZ - Ə.Sadıq)

BDU-da V Bakı Yapon Mədəniyyəti Festivalı keçirilib +FOTOLAR ( AZpressAZ - Ə.Sadıq)

https://www.facebook.com/groups/232461030668048/ 

 

20 aprel 2019-cu il tarixində saat 11:00-dan 13:30-a qədər Bakı Dövlət Universitetində ənənəvi, V Bakı Yapon Mədəniyyəti Festivalınin birinci hissəsi keçirildi. Tədbir BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası tərəfindən Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və Bakı Yaponlar Cəmiyyəti, Bakıda fəaliyyət göstərən İNPEX, TEPSCO şirkətlərinin təşkilati dəstəyi vasitəsilə keçirilmişdir.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev, BDU-nun prorektorları Aydın Kazımzadə, İradə Əliyeva, Vüqar Mehrabov, Yaponiyanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Yamanaka Keisuke, səfirliyin diplomatlarıı: Aşizuka Daici, Matsuiku Miko, Oohataki Mino, Usui Takaaki,Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli, Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev və digərləri iştirak etmişlər. Festivalın I hissəsində BDU, ADU, Yapon. Az dil kurslarının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələri, 245 saylı məktəbin şagirdləri, Aikido, Kendo idman klublarının idmançıları mahnı, rəqs, tamaşalar,idman-döyüş hərəkətləri nümayiş etdirdilər.
Çıxışlarda qeyd edildi ki, Yapon Mədəniyyəti Festivalının keçirilməsi Azərbaycanda Yaponşünaslıq ixtisasının tədrisinin inkişafına öz müsbət təsirini göstərəcək və Azərbaycanla Yaponiya arasındakı humanitar əlaqələrin daha da dərinləşməsinə təkan verəcəkdir.
Festivalın proqramında göstərilən II hissəsi növbəti sənbə günü, 27 aprel 2019-cu il tarixində saat 09:30-dan 12:00-a qədər BDU-nun 2-ci Tədris Korpusunun VI və VII mərtəbələrində keçiriləcəkdir.
 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !