Biz hara gedirik?! - - Bahəddin Həzi soruşur..

Biz hara gedirik?! - Bahəddin Həzi soruşur..

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Bu gün hamı bu şəkildən yazırdı. Səbəbi məlumdur. Bizdə bu tablo yoxdur. Hər nə qədər çətin sınaqlarla yaddaşlara yerləşsə belə, ideallıqdan uzaq olsa da, Türkiyə demokratiyası var, hələ ayaqdadır, ölmədi deyə sevinən, qürur duyan, qibtə hissi keçirən insanlarımızı anlayıram. Bizdə seçkidən sonra rəqiblərin belə bir fotosunu kim görüb?
...Uzun illərdir, Türkiyənin futbol komandasının dünya və Avropa turnirlərində oyunlarına azarkeşlik edirik, Türkiyədə məşhur 15 iyul gecəsi yatmadıq; olayları həyəcanla izlədik. Seçkisindən tutmuş maliyyə bazarlarına qədər, antiteror əməiyatlarından tutmuş musiqi yarışmalarına, realiti-şoularına qədər izləyir insanlarımız. Türkiyəni sevirik, bəlli. Ancaq bu sevginin içində sevinclə yanaşı bir üzüntü də var. Çünki qardaşımızın bir çox uğurlarının bənzərini öz ölkəmizdə görə, yaşaya bilmirik. Bu şəkil də İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə seçkidə qalib və məğlub olan iki siyasi xadimin birgə çəkdirdiyi fotodur. Dünənki rəqiblərin bu gün bir-birinin əlini sıxmasına- bu paradiqmaya sevinirik, amma həm də: "Bizdə bu yoxdur" deyə üzülürük də. Bu tablo bir yana, bizdə heç Bakı şəhər bələdiyyəsi belə yoxdur. Və bu mənzərə də, təəssüf ki, yoxdur. Əvəzində ata-anası müxalifətçi olan 14 yaşlı yeniyetmə qızın qarşısını kəsib vuran, təhqir edən şərəfsiz var (çox yaxşı ki, dərhal saxlanılıb. Çox yaxşı olardı ki, adekvat cəza alsın). Biz nə zamana qədər pozitiv paradiqmaları qıraqda axtaracağıq?! Nə zamana qədər başqalarının göstərdiyi siyasi, ictimai mədəniyyət örnəklərinə baxıb köks ötürməliyik?! Biz buna layiq deyilik. Bir-birinə "satqın" damğası vuran siyasilər, bir-birinin yazısını mənimsəyib altına imza atan yazarlar, elmdə, təhsildə bir-birinin ayağının altını qazanlar, bir-birinin gizlinlərini pusanlar, qarşılıqlı təhqiri "meyxana" adı ilə sənət deyə yozanlar, bayağılığı aşıq musiqisi adı ilə toylarda satan əldəqayırma "ozanlar", yaxşını yamana, doğrunu yalana yozanlar... olaraq nə qədər, hara qədər davam edəcəyik?! Biz hara gedirik?!

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !