Gənclərin radikal dini təsirlərdən qorunması ... - +FOTOLAR (AZpress.AZ – B.Ağaddin, Astara)

“Gənclərin radikal dini təsirlərdən qorunması”... +FOTOLAR (AZpress.AZ – B.Ağaddin, Astara)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbdə “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şahsənəm Hüseynova çıxışında dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin, elm və təhsilə yiyələnməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dini radikalizm, ekstremizm və terrorizm məfhumlarının mahiyyətindən bəhs edərək gənclərin radikal dini təsirlərdən qorunmasınının əhəmiyyətini vurğulayıb. T.Həsənzadə dini radikalizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında təhsilin və elmin böyük əhəmiyyət kəsb etdiyini və şagirdlərin cəmiyyətdə bir fərd kimi formalaşmağının əsas yolunun elmdən keçdiyini qeyd edib.
Daha sonra çıxış edən məktəbin məktəbdənkənar və sinifdənxaric tədbirlər üzrə təşkilatçısı Nuranə Dadaşova şagirdlərin kənar təsirlərə düşməməsi üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirib.
Sonda şagirdlərin sualları cavablandırılıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !