Al-Əlvan Qarabağ layihəsinin növbəti sərgisi keçirilib - (+FOTOLAR)

“Al-Əlvan Qarabağ” layihəsinin növbəti sərgisi keçirilib (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Qarabağın tarixi abidələri - Tariximizin ARXİVİ! devizi altında 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Al-Əlvan Qarabağ” layihəsinin növbəti sərgisi keçirilib.

Bu gün işğal altında olan Dağlıq Qarabağ regionumuzda minlərlə tarixi abidələrimiz düşmən tapdağı altındadı. Bu tarixi abidələrimizin tanıdılması və gələcək nəsillərə ötürülməsi üçün“Al-Əlvan QARABAĞ 2” Qarabağın tarixi abidələrinin təsviri” layihəsi çərçivəsində yumurta qabığı üzərində rəsm sərgisi keçirilib. Həyata keçirilən layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin,Şəmkir Rayon Gənclər və İdman İdarəsinin, "Böyük Yol" Gənclər İctimai Birliyinin və Park Bulvar AVM-in tərəfdaşlığı ilə Park Bulvar Avm-də baş tutub.
Bakı şəhərində növbəti sərgi UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunan 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə keçirilib.

 

Məkan: Park Bulvar AVM (2-ci mərtəbə Greyder mağazasıynan üzbəüz)
Tarix: 18.04.2019 saat: 15:00-18:00

 

Layihənin məqsədi Qarabağda yerləşən tarixi abidələrimizin rəsm sənəti ilə gənclərə və geniş ictimaiətə tanıtmaq, eləcədə istedadlı gənclərimizin fəaliyətini stimullaşdırmaqdır.

 

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir, ya da onları erməni abidələri adı altında saxtalaşdırır. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır.
Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də daşnak quldurdəstələri tərəfindən dağıdılıb. Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır. Bu baxımdan bu tarixi abidələrin gənclər arasında mütəmadi təbliğ olunması və onlara maddi-mənəvi dəyərlərimizin aşılanması biz gənclərin borcudur. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibidir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !