Əvəz Rüstəmov: - ...bizi film çəkməyədəmi qoymurlar?!...

Əvəz Rüstəmov: ...bizi film çəkməyədəmi qoymurlar?!...

https://www.facebook.com/groups/458090628035596/ 

 

Rusların Böyük Vətən Müharibəsi ilə bağlı çəkdikləri bədii filmləri və serialları hər zaman izləmişəm. Axırıncı baxdığım film 2017-ci il istehsalıdır. Bu mövzuda 1950-ci ilə aid ekran işlərini və ondan sonrakı illərdə ərsəyə gəlmiş filmləri də görmüşəm. Rus kinemotoqrafı üçün müharibə mövzusu bitmək-tükənmək bilmir. Hələ sanayesi üçün demirəm. Düşünürəm ki, sovet-rus sanayesinin tikdiyi nasist Almaniyası əsgər və zabitlərinin hərbi geyimlərinin sayı BMV-də həyatını itirmiş insanların sayından min dəfələrlə çoxdur. Müharibə 74 ildir bitib, amma ruslar hələ də alman öldürməkdən qazanırlar, öldürməkdən usanmırlar, qazanmaqdan zövq alır və qazandıqları ilə zövq verirlər. İzlədiyim filmlərin və serialların hamısında təkcə qəhrəmanlıq, şücaət və fədakarlıq deyil, insan yaşantısının, faciənin, kədərin, eyni zamanda faciədən, kədərdən doğan mətanətin, dirilişin, oyanışın bənzərsiz təsvirini görmüşəm. Ruslar yalnız qələbəni yox, hətta uğursuzluq anlarının təsvirində qələbəni göstərməklə qazanıblar. 70 ildən artıqdır ki, bu filmləri ilə almanları öldürməklə məşğuldurlar. Bu, yalnız məşğuliyyət deyil, rus yaşayış tərzidir, ruhudur. Bu ruha qibtə etməmək olmur.

Özümüzü düşünürəm. Təəssüflənməmək olmur. Min yerə pul xərclədiyimiz, min cür imkanlara malik olduğumuz halda Qarabağ müharibəsindəki uğursuzluğumuzda qələbə işartıları cücərdən, qələbə ruhu verən düz əməlli bir dənə də olsun, bədii film çəkməmiş, çəkilməsinə pul xərcləməmişik. Müxtəlif xarici ölkələrdən yemək bişirmək üçün yaxşı aşpaz, bina tikməyə yaxşı memar və mühəndis, xəstəliyimizi müalicə etmək üçün yaxşı həkim, hətta saç ustası tapdıq, pul xərclədik, amma film çəkilməsinə yaxşı mütəxəssislər tapmaq üçün əlimizi cibimizə aparmadıq. Aprel müharibəsindəki qələbədən danışırıq. O qələbədən 3 il ötüb. Hanı bizim o qələbəni göstərən, siyasi ölçüdə dilə gətirə bilmədiklərimizi dünyaya deyən bədii filmimiz?! Hardadır aprel müharibəsinin tam qələbəyə aparmasını əngəlləyən vəziyyətin təsviri? Hanı Mübariz İbrahimovun qəhrəmanlığını göstərən filmimiz?! Yaxşı, bizi müharibə eləməyə qoymurlar, məlum böyük məsələlər var. Anlamaq istəməyərək anladım. Ancaq bizi film çəkməyədəmi qoymurlar?! 26 ildə erməni işğalına düz əməlli güllə atıldığının, ermənilərin yalnız güllə ilə deyil, hər anlamda öldürüldüyünün təsvir edildiyi, dünyaya nümayiş olunduğu səviyyəli bir dənə də olsa, bədii filmimiz yoxdur! Biz rus dili məsələsini müzakirə edək! Qeybət edək! Biz beləcə yaşayaq getsin...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !