Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları ... - +FOTOLAR (Azpress.AZ, Ağaddin Babayev, Cəlilabad)

“Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları”... +FOTOLAR (Azpress.AZ, Ağaddin Babayev, Cəlilabad)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Aprelin 17-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Cəlilabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabrtarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq rayondakı Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Azpress.AZ xəbər verir ki, müəllimlər və yuxarı sinif şagirdlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Ələkbərov tədbirdə müzakirə olunacaq mövzuların əhəmiyyətli olması və vacibliyi ilə bağlı fikirlərini söyləyib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaq və gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, dini radikalizm, dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərini təbliğ edən layihələrin həyata keçirilməsi, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verərək, dövlətimizin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Z.İsmayılov sağlam həyat tərzi, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, sağlam qidalanma, yeniyetmə və gənclərin narkomaniyadan, digər zərərli vərdişlərdən qorunmasının zəruri olduğunu vurğulayıb.
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov isə çıxışında Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi, gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması, erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi, yenitmə və gənclərin bilik və bacarıqlarını inkişaf etdirən layihələrin həyata keçirilməsi, zərərli vərdişlərə və erkən nikahlara qarşı mübarizədə yeniyetmə və gənclərin elmi biliklərə və təhsilə yiyələnmələrinin mühüm əhəmiyyətini və vacibliyini qeyd edib.
Sonda suallar cavablandırılıb.
Sonda tədbir iştirakçıları minnətdarlıqlarını bildirərək, onları maraqlandıran suallar suallar ünvanladılar. Tədbir iştirakçılarının sualları cavablandırıldı.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !