Bölgələrdən Bölgələrə Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağcabədi rayonu olub + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirak etdikləri festival Heydər Əliyev Meydanında keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, Ağcabədi, Ağdam və Laçın rayonlarının rəhbərlikləri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və minlərlə ağcabədili iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.
Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq “Oxu” şüarı adı altında kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün səsləndiriblər.
Festivalın zəngin proqramını yaddaqalan edən anlardan biri isə “Qarabağ”, “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin ifasında bir-birindən maraqlı rəqslərin nümayiş etdirilməsi olub. Konsert proqramında folklor kollektivlərinin rəqsləri ilə yanaşı, “Qarabağ” şikəstəsi, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” kimi digər mahnılar da səsləndirilib.
Festivalın sərgi hissəsində oymaçı rəssam Rauf Seyidzadənin oyma sənəti ilə bağlı olan əl işləri ziyarətçilərdə maraq doğurub. Daha sonra digər sənətkar Sərvər Abdullayev Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay Evi” və Ağdam məscidi, Hökumət Evi kimi tikililəri kibrit çöplərindən hazırlamaqla ziyarətçiləri təəccübləndirib.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurulub. İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.
Daha sonra dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.
Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə, şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Festival bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilir. Bu festival iki ay davam edəcək.


Fotomüxbir Mais Amin Azpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !