Здесь ангел пролeтел... ( Burdan mələk ötüb... )uşaq kitabı işıq üzü gördü - (+FOTO)

“Здесь ангел пролeтел...”(“Burdan mələk ötüb...”)uşaq kitabı işıq üzü gördü (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist Zöhrə Əsgərovanın uşaqlar üçün yazılmış“Здесь ангел пролeтел...”(“Burdan mələk ötüb...”) kitabı işıq üzü gördü.

Kitab yazıçı Zöhrə Əsgərovanın M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə birgə layihəsi əsasında nəşr olunub.

Kitab mövzu baxımından maraqlı və rəngarəngdir. 17 hekayədən ibarət olan kitab kiçik və orta məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Burada uşaqların nəcib, xeyirxah vətəndaş kimi formalaşmasında onlara istiqamət verən yaşlı nəslin ailədə, cəmiyyətdə fəal iştirakı öz əksini tapmışdır. Müəllif dünya xalqlarının nağıllarına, dünya ədəbiyyatına müraciət etməklə, tərbiyəvi əhəmiyyət daşıyan mövzuların bu gün də aktual olduğunu nəzərə çatdırmışdır. Kitabda Azərbaycanın dilbər guşəsi olan Qarabağ haqqında maraqlı fikirlər əks olunmuşdur.

19 aprel tarixində M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Bakı-Blaqoveşensk arasında keçirilən telekörpü zamanı kitabın elektron təqdimatı olacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !