Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər mövzusunda Respublika Elmi konfransının açılış mərasimi keçirilib - (+FOTOLAR)

“Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda Respublika Elmi konfransının açılış mərasimi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Aprelin 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanın nəqliyyatı: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda Respublika Elmi konfransının açılış mərasimi keçirilib.

Konfransın plenar iclası iştirakçıların Ulu öndər Heydər Əliyevin xatirəsinə universitetdə ucaldılmış büstün önünə gül dəstələrinin qoyulması və Azərbaycan Respublikası Dövlət himnin səsləndirilməsi ilə başlayıb.
Plenar iclası giriş sözü ilə açan AzTU-nun rector əvəzi, professor Xalıq Yahudov konfransın əhəmiyətindən danışıb. Rektor ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyatın cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynadığını bildirib.

Konfransda iştirak edən DANX-ın rəisi Həbib Həsənov Azərbaycan nəqliyyat sisteminin son nailiyyətlərindən və actual problemlərindən söz açıb.

Digər çıxış edənlər bu konfransda Azərbaycanın nəqliyyat sisteminin inkişaf perspektivlərini müəyyənləşdirmək və bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdiriləcəyini bildiriblər.

Açılış mərasimində ictimai xadimlər, Azərbaycanın nəqliyyat, elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət orqanlarının, biznes strukturlarının, qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Konfras 5 bölmə üzrə davam edərək, aprelin 17-də öz işini yekunlaşdıracaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !