Əfsanəvi komandir İlyas Hüseynovun xatirəsi anıldı - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Əfsanəvi komandir İlyas Hüseynovun xatirəsi anıldı + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

16 aprel 2019 cu il tarixdə Birinci Qarabağ muharibəsinin iştrakşıları bir daha bir araya gəldilər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi,Xocavənd,Beyləqan,Füzuli,Cəbrayıı rayonundan olan döyüşçülər keçmiş döyüş yoldaşları,əfsanəfi komandir İlyas Hüseynovun xatirəsini anmağa toplaşmışdılar.Beyləqan rayonunda toplaşan veteranlar komanidirn məzarını ziyarət etdilər.AzQMƏVŞAİB nin Ağcabədi filialının adından əklil qoyuldu,məzarı tər qərənfillərlə bəzədildi.
Ehtiramla annılan komandir haqqında öz təəsuratını ,xatirələrini ilk olaraq YAP Ağcabədi rayon təşkilatının məsul əməkdaşı,muharibə veteranı ,Mehman Novruzov bölüşdü.Qarabağ döyüşləri o cümlədən Ağcabədi rayonun müdafiəsində bütün dğyüşçülərlə bərabər İlyas Hüseynovun xidmətlərindən danışdı.1994 –cü ilin aprel tarixində muharibınin ən aızğın günlrində Ulu Öndər Heydər Əliyev məhz İlyas Hüseynovun rəhbrlik etdiyi tabora gəlməsini o zaman komandirə Ümüumilli Lider Heydər Əliyevin inam və etimadından irəli gəldiyini xüsusi vurğuladı.
Beyləqan özünümüdafiə taborunun keçmiş komandir Akif Həsənov,AZQMƏVŞAİB nin Ağcabədi filialının sədri İsmayıl Məhərrəmov,AZQMƏVŞAİB-nin Xocavınd filialının sədri Müşfiq Hüseynov, zenit artileria diviziyonunun keçmiş əfsanəvi komandiri Baxşeyiş Ələsgərov,taborun keçmiş qərərgah rəisi Əli Mamedov ,AVMVİB -npn Ağcabədifilailının sədri Tələt Rüstəmov və başqaları İlyas Hüseynovun vətənpərvərliyindənigidliyindən,canı,qanı bahasına vətən uğrunda savaşından xatirələrlə bölüşdülər.,Azəzrbaycanın ərazi bötövlüyü,Müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın xatirələri etiramla yad edildi.Dualar oxundu.
Xatərladaq ki,
Keçmiş tabor komandiri, ikinci Qarabağ müharibəsi əlili, ehtiyatda olan baş leytnant İlyas Hüseynov 1961-ci il martın 18-də Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1968 ci ildə Muğanlı kənd orta məktəbinin birinci sinifinə daxil olmuş,1978 ci ildə Xocavənd rayonu Kuropatkin kənd tam orta məktəbini bitirmişdir.
İlyas Hüseynov 1979-cu ildə sovet ordusuna xidmətə çağırılmış, Tbilisi şəhərində 6 aylıq serjantlıq məktəbində təhsil aldıqdan sonra top komandiri vəzifəsində xidmətini davam etdirmişdi. 1981-ci ildə hərbi xidmətini başa vurandan sonra Ukraynanın Dnepropetrovsk şəhərində yaşamış,müxtəlif işlərdə çalışmış, biznes fəaliyyəti ilə məşğul olmuşdu.
İlyas 1990-cı ildə isə Qarabağın müdafiəsində iştirak etmək üçün 10 il ərzində qazandığı hər şeyi tərk edərək Azərbaycana qayıtmışdı və ilk gündən tamamilə köməksiz qalan Xocavənd rayonunun azərbaycanlı kəndlərində, əsasən Muğanlı özünümüdafiə dəstəsinin təşkil olunması və şəxsi vəsaiti hesabina silahlandırılmasında fəal iştirak etmişdir. İlyas Hüseynov 1991 ci ilin sonuna kimi azərbaycanlı yaşayış məntəqələrinin erməni-rus hərbi birləşmələrindən müdafiə olunması üçün bütün döyüş əməliyyatlarının əsas təşkilatçı və iştirakçılarindan biri kimi özünü göstərmiş və əhali arasında böyük hörmət qazanmışdır.
İlyas 1992-ci ilin yanvar ayında Muğanlı kəndinin müdafiəsi üçün yaradılmış ilk rəsmi bölüyünün komandiri təyin olunmuşdur.1992-ci mart ayinin 14 də 849 sayli hərbi hissə yaranan zaman artileriya rəsi vəzivəsinə təyin olunur.Həmin il iyun ayının 15 də ərazidə 831 sayli hərbi hissə yaradilir.Hərbi hissə əsasən Xocavənd, Ağcabədi, Agdaş və ölkənin digər regionlarından olan özünümüdafiə dəstələri və könüllülərindən təşkil olunur və İlyas yenidən taborun artileriya rəisi təyin olunur.Hərbi hissə komandiri 1992 ci ildə Şəhid olur və İlyasın kiçik qardaşı Əbülfət Hüseynov komandir təyin olunur,həmin il dekabr ayının 30 da Əbülfət müavinlərilə birlikdə Daşlıtəpədə minaya düşür,müavinləri Şəhid olur özü isə ağır yaralanir.1993 cü il mart ayinda Xocavənd rayon sakini polkovnik leytnant Barat Quliyev hərbi hissəyə komandir, İlyas Hüseynov isə qərargah rəsi təyin olunur.
14 may 1993 cü ildə 831 bazasında 161 sayli tabor yaradilir,yenidən Barat Quliyev komandir,İlyas isə qərargah rəisi təyin olunur,iyul ayinda Barat Quliyev müalicəyə gedir və İlyas komandir vəzifəsini icra etməyə başlayır.Həmin il avqust ayının 6 da İlyasin komandir oldugu 161 saylı taborun bazasinda 161 saylı alay yaranir və İlyas birinci batalyonun komandiri təyin olunur.1994 cü il aprel ayının 10 da Ali Baş komandan Daşlıtəpədə İlyasin komandir olduğu birinci taborun qonağı olub və onlarin əməyini yüksək qiymətləndirir.1996 ci ildə döyüşərdə aldığı çoxsaylı yara və kontuziyadan xidmətini davam etdirə bilmir və ikinci qrup Qarabağ əlili kimi ordudan uzaqlaşır.
Ümumiyyətlə İlyas Hüseynov həm bir doyüşçü kimi,həm də komandir kimi Xocavənd istiqamətində baş vermiş bütün doyüş əməliyyatlarinin planlaşdirilması və həyata keçirilməsində,düşmən hücumlarının qarşısının alinmasında fəal iştirak etmiş,dəfələrlə yaralanmış və kontuziya almişdir Bu gün Xocavənd rayonun nəzarətimizdə olan ərazisinin bir hissəsi-Nərgiztəpə adlanan ərazi məhz onun komandir olduğu tabor və döyüşçüləri tərəfindən azad olunmuş və qorunub saxlanılmış,düşmənin çoxsaylı hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir.
1994 cü il aprel ayinin sonlarinda düşmənin Ağdam rayonun Güllücə,Tağıbəyli və Suma kəndləri istiqamətindəki hücumlarının qarşısının alinmasinda İlyasın taborunun iki bölüyü iştirak etmış və qarşıya qoyulan bütün tapşiriqları uğurla yerinə yetirmişlər.Əməliyyatlara Baş qərargah rəisi general leytnant Nəcməddin Sadıqov və MN nin istiqamət üzrə müavini polkovnik Cahangir Məhərrəmov başçılıq edirdilər.Tabor tərəfindən qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə görə İlyasa Milli Qəhrəman adının veriləcəyi bildirilir,lakin İlyas bundan imtina edir və əvəzində döyüşlərdə iştirak edən ,bölüklərə,tağımlara komandirlik edən lakin rutbəsi omayan 12 nəfərə rütbə veriməsini xahiş edir və elə həmin gün 12 nəfərə Baş qərargah rəisi tərəfində leytnant rütbəsi verilir.
İlyas Hüseynov Dnepropetrovsk Texniki Institunu və Azərbaycan İnşaat mühəndisləri Institunu bitirmisdi.
1994 cu il aprel ayının 14 də məhz qanı canı bahasına azad etdiyi,qoruduğu Nərgiztəpədə döyüşlərdə aldığı coxsaylı yaralar və kontuziyadan 45 yaşında həyatdan köçmüşdür.
Allah rəhmət eləsin.
Vətən sağolsun!

 

  

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !