BU DA BİR AŞİQ DİLƏYİ - - Əbülfət Mədətoğlu

BU DA BİR AŞİQ DİLƏYİ - Əbülfət Mədətoğlu

("Bir qadına... və hamıya" silsiləsindən)

 

BU DA BİR AŞİQ DİLƏYİ

 

İşıq sönür... o anda -
şam da, çıraq da, od da...
Çaxmaq daşıtək məni -
qığılcımınla odla -
bir olaq!..


Külək əsir, ya da meh
kirpiyimə hopur şeh...
Sıxma ürəyini sən
mən ümiddən aldım beh -
pir olaq!...


Üyünür hər cür dən də
artıq da, elə kəm də...
Bir-birinə sarılan
həsrətli Araz, həm də -
Kür olaq...


Qarışanda qəm işə
ağrı çökür nəm işə!..
Dözüb hər cür gəlişə
Sevgimizlə, həmişə -
sirr olaq... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !