Azərbaycanlı alimlərin növbəti uğuru - +ViDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

Azərbaycanlı alimlərin növbəti uğuru +ViDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Azərbaycan Şərqin və Qərbin qovşağında yerləşən, zəngin mədəniyyətə, qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı uzun inkişaf yolunu keçərək özünə məxsus mədəniyyət sahibi kimi millətlər arasında layiqli yerini tutmuşdur.
Bu gün dünyada gedən qloballaşma dövründə özünü təsdiqləmək istəyən ölkə iqtisadi inkişafı ilə yanaşı mədəni irsini də təqdim və təbliğ etməyə bacarmalıdır.
Mədəni irsin nadir incilərindən biri də Bakının ürəyində yerləşən Bakı Qalası – İçərişəhərdir. İçərişəhər orta əsr şəhərsalma nümunəsi kimi açıq səma altında muzey kimi fəaliyyət göstərir və orta əsrlərə aid zəngin maddi-mədəniyyət abidələrini əsrlərdən bəri qoruyub saxlayır. Bu tarixi məkan zaman zaman tədqiq olunub və bir çox sirləri bizlərə açıb. Lakin zaman ötdükcə, milli təfəkkür formalaşdıqca bir çox tarixi məqamlara yeni prizmadan yanaşmaq ehtiyacı duyulur və yeni elmi əsərlər meydana gəlir.
İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğu idarəsinin son illərdə apardığı gərgin və süistemli elmi axtarışlar “Бакинская крепость – Ичеришехер” adlı əsərin meydana gəlməsi ilə nəticələndi. Əsər Azərbaycan elmində artıq öz sözünü demiş görkəmli alimlərin böyük zəhməti nəticəsində ərsəyə gəlmişdir.
Kitabı giriş sözü ilə layihənin müəllifi İçərişəhər Dövlət Tarix-Memarlıq qoruğu idarəsinin İdarə Heyətinin Sədri Əsgər Ələkbərov açmışdır. O, idarənin qarşısında duran əsas məqsəd və vəzifələri açıqlamış, fəaliyyəti haqqında geniş məlumat vermişdir. İçərişəhər DTMQ idarəsinin prioritet vəzifələrəndən biri qoruq ərazisində dövlət siyasətinin həyata keçirməsi olduğunu vurğulamışdır.
Kitabda Bakı Qalasına dair geniş məsələlər spektri öz əksini tapmışdır. Burada Bakının zəngin tarixi faktlara söykənən yığcam tarixi oçerki, İçərişəhərin memarlığı, arxeologiyası, etnoqrafiyası, numizmatikası, epiqrafikası, Bakı xalçaları, Bakı mətbəxi haqqında ətraflı bəhs olunur. Əsər maraqlı elmi-populyar dildə yazılmış və zəngin tariximizi, mədəniyyətimizi oxucuya sadə tərzdə çatdırır. Kitab polioqrafiyanın son nailiyyəti səviyyəsində nəfis şəkildə, yüksək dizaynla Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Petropolis” nəşriyyat evində işıq üzü görüb. Kitab rus dilində təqdim olunub.
Kitabın məhs rus dilində nəşr etdirməyimizin bir neçə səbəbi var. Bunlardan biri Azərbaycan ziyalılarının bütün zamanlarda qınağ obyektinə çevrilməsinin əsas səbəbi əsərlərinin ölkə hüdudlarından kənara çıxmamasıdır. Bu irad daha çox humanitar sahədə çalışan alimlərimizə aiddir. Burada zaman, dil, məkan faktorları önəmli yer tutur. Bu gün dünyada gedən qloballaşma prosesində xalqların “ölüm-dirim” mübarizəsində yaşamaq hüququnu yalnız öz tarixinə, fərqli mədəniyyətinə malik olan, onu qoruyan və təqdim etməyi bacaran xalqlar qazana bilər. O xalqlar ki, humanitar elmlər vasitəsi ilə mədəniyyətini, tarixini faktolojı materiallar əsasında dünya ictimaiyyətinə çatdıra bilir. Buna əsaslanaraq biz bu kitabı rus dilində hazırladıq. Rus dili millətlərarası ünsiyyət dili olduğundan kitabın geniş coğrafiyada yayılmasına və geniş kütlələrin Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə yaxından tanış olmağına nail oluruq. İkinci səbəb kimi ölkəmizdə turizmin inkişafı və rusdilli turistlərin əksəriyyət təşkil etdiyi bir dövrdə mədəni irsimizi təbliğ etmək istiqamətində bu kitabdan əyani vəsait kimi istifadə oluna bilər. Mühüm səbəblərdən ən əsası ondan ibarətdir ki, diaspora təşkilatlarımızda bu cür əyani təbliğat vasitələrinin yox dərəcəsində olmasıdır. Vətənə dərin, qırılmaz tellərlə bağlı olan qürbətdə yaşayan çox saylı həmvətənlərimiz üçün qədim və mədəni xalqın nümayəndələri olduğlarını sübuta yetirən ən tutarlı sənəddir bu kitab.
Kitabın nəşrə hazırlanmasında Rusiyanın mədəni paytaxtı sayılan Sankt-Peterburq şəhərinin Azərbaycan icması aktiv iştirak etmişdir. İcmaya rəhbərlik edən Sabir Məsimov Sankt-Peterburq şəhərinin Petroqrad rayonunun fəxri vətəndaşı, millət vəkili, gözəl təşkilatçı və çox ciddi, vətənpərvər bir insandır. Sabir müəllim kitabın nəşri üçün lazım olan vəsaitin toplanması və nəşriyyatla işi öz üzərinə götürmüş və qısa bir müddət ərzində Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən diaspora təşkilatlarının rəhbərlərini bir araya yığaraq yüksək səviyyədə işi icra etmişdir. Nəticədə həm məzmunca həm formaca cox nəfis, dəyərli bir kitab ərsəyə gəlmişdir. Kirov xeyriyyə fondunun Prezidenti Elnur Hüseynov, Orenburqun Azərbaycan Milli-Mədəni muxtariyyət cəmiyyətinin rəhbəri Yaşar Məsimov, millət vəkili Elşad İmanov, Kalininqrad Dövlət Texniki Universitetinin “AqroAkva”-nın Generalnıy direktoru Tofiq M.Rzaev, Sankt-Peterburqun Farfor zavodunun təsisçisi Məzahir Həsənov, Arxangelsk vilayətinin Azərbaycan Diasporasının rəhbəri Tərlan Qasımov və digər həmvətənlərimiz nəşrin maliyələşdirilməsində fəal iştirak ediblər.
Bütün bu işlərin başında duran Rusiyada böyük nüfuz sahibi olan həmvətənimiz, ürəyi Azərbaycanla döyünən, adını gürurla çəkdiyimiz akademik Heydər Məmmədrza oğlu İmanovu xüsusi qeyd etmək istərdik. Zəngin təfəkkürə malik olan bu vətən oğlu Smolnıy Universitetinin təsisçilərindən biri kimi, bu gün Türk-Slavyan Universitetinin yaranmasında mühüm addımlar atmışdır. Gələcəyin inkişaf yolunu, regionda əmin-amanlığın bərqərar olmasını bu iki xalqın birgə fəaliyyətində görən bu müdrük insan bu gün bunun təməl daşını qoyanlardandır.
Sankt-Peterburqda mətbəədə nəşrin bütün ağırlığını üzərinə götürmüş bir vətənpərvər oğuldan da söz açmaya bilmərik. Bu kitabın məsul redaktoru Fuad İbrahimlidir. Ziyalı, çox zəhmətkeş, təvazökar bir insan, adını dərin hörmətlə çəkdiyimiz vətən oğlu. Taleyimizə minnətdarıq ki, Azərbaycandan uzaqlarda, gürbəttə Bizi gözəl insanlarnan tanış etdi, dostlaşdırdı. Fuad müəllimlə birgə Smolnıy İnstitutunun əməkdaşı üzügülər xanım Natalya Stanislavovna Radevskayanın da bu işdə böyük zəhmətini qeyd etmək istərdik və bu mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Rusiyanın diaspora rəhbərləri ilə tanışlıq, onların əksəriyyətinin gənc olmasına baxmayaraq çox müdrük, vətənpərvər olduğunun şahidi olduq və buda bizi çox gürurlandırdı.
Kitabın təqdimat mərasimi bu ilin 5 aprel tarixində Sankt-Peterburqun Smolnıy Universitetinin böyük akt zalında təntənəli şəkildə keçirilmişdir. Təqdimat mərasimində diaspora təşkilatlarının rəhbərləri ilə yanaşı Rusiyanın alimləri, ziyalıları, millət vəkilləri və s. iştirak etmişlər. Prezentasiyanın Sankt-Peterburq şəhərində keçirilməsi təsadüfi deyildi. Bu şəhər yüzlərlə azərbaycanlı ziyalılarının yetişməsində, inkişafında və tanınmasında Moskvadan daha çox rol oynamışdır. Digər tərəfdən Sankt-Peterburqun Azərbaycan diaspora təşkilatı yüksək nüfuzu ilə seçilir. Bu təşkilata Rusiyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan alimlər, ziyalılar, millət vəkilləri təmsil olunmuşdur. Onların hər biri ilə Azərbaycan fəxr edə bilər.
Təqdimat mərasimində çıxış edən natiqlər bu tədbirin Azərbaycan və Rusiyanın mədəni həyatında baş vermiş mühüm hadisə olduğunu qeyd etmişlər. Kitabın təqdimat mərasimində Rusiyadakı çox saylı diaspora nümayəndələrimizin bir araya toplaşması bir daha birliyin nümayişi idi. Fuad İbrahimli öz çıxışında bunu çox düzgün ifadə etdi: “Müəyyən tarixi dövrlərdə milləti müharibələr birləşdirir. Bu gün bizi kitab, bilik birləşdirdi. Vətənə məhəbbət onun tarixini, köklərini öyrənməkdən başlayır”.
Təxminən dörd saat çəkən təqdimat mərasimi Smolnıy İnstitutunun akt zalında 200 nəfərin iştirakı ilə təntənəli şəkildə keçmişdir. Yadda qalan çıxışlardan Smolnıy İnstitutunun rektoru, tarix elmləri doktoru, general Kazantsev Viktor Prokopiçin çıxışını qeyd etmək istrərdik. Çıxışında o kitabın dünyanın ən qədim şəhərlərindən olan Bakı şəhərinə və onun incisi olan İçərişəhərə həsr olunması oxucuya bir daha Azərbaycanın çoxəsirlik tarixi ilə taniş olmağ imkanı yaradır. Kitabın rus dilində nəşri Azərbaycan və rus xalqlarının mədəni əlaqələrinin möhkəmləsində böyük rol oynadığını vurğulamışdır. Eyni zamanda rus dili vasitəsi ilə kitabın geniş Post-Sovet məkanında yayılmasına imkan yaradacağı haqqında bəhs etmişdir. Çıxışının sonunda natiq Azərbaycan dilində Səməd Vurğunun “Azərbaycan” şeyrindən bir bəndi səsləndirdi. Digər natiq Sanrt-Peterburqun miqrasiya siyasətinin millətlərarası münasibətlər komitəsinin baş mütəxəssisi A.Frolovun çıxışında kitabın əsas missiyasının nəinki Rusiyada eləcə də bütün dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün mühüm bir faktor olduğunu vurğulamışdı. Eyni zamanda natiq qeyd etmişdir ki, kitab Sankt-Peterburqda millətlərarası münasibətlərin harmoniyasını yaratmağda əsas rol oynaya bilər. Bu harmoniyaya yalnız biliklərə yiyələnməklə çatmaq olar.
Natiqlər tədbirin yüksək ideolojı və humanitar səviyyədə təşkil olunduğu, kitabın həm forma həm məzmun cəhətdən yüksək müasir parametrlərə cavab verdiyini dönə- dönə vurğuladılar. Qeyd etdilər ki, Azərbaycan bu işi ilə həmişəki kimi yüksək səviyyə və mədəniyyət nümayiş etdirir və kitabın bir neçə dilə tərcümə edib nəşr etdirməyinin vacibliyindən danışdılar.
Bu gün qədim tariximizin, zəngin mədəniyyətimizin təbliği vasitəsi ilə dünyada gələcək mövqelərimizi möhkəmləndiririk. Bu işdə ən önəmlisi birlikdir ki, biz bu gün buna nail ola bildik.

 

Tarix elmləri doktoru Vəfa Quliyeva
Tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyeva

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !