Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda beynəlxalq seminarın bağlanış mərasimi keçirilib - (+FOTOLAR)

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda beynəlxalq seminarın bağlanış mərasimi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminarın bağlanış mərasimi keçirilib. Seminarın sonuncu günü AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının sabiq rəhbəri, AMEA-nın müxbir üzvü Ovsat Abdinovun xatirəsinə həsr olunub. Tədbiri İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, O.Abdinovun əsas elmi fəaliyyətinin yüksək enerjilər fizikası olduğunu və NICA layihəsinin bilavasitə bu sahə ilə əlaqəli olduğunu vurğulayıb. Qeyd edib ki, O.Abdinovun Fizika İnstitutunda yüksək enerjilər fizikası sahəsindəyaratdığı elmi istiqamət bu gün də davam etdirilir. O, Nobel mükafatına layiq görülmüş Hiqqs bozonun kəşfində azərbaycanlı alimlərin göstərdiyi xidmətlərdən bəhs edib.

Daha sonra Ovsat Abdinovun həyat və yaradıcılığına həsr olunmuş qısa film nümayiş etdirilib.
Tədbir İnsitututun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramovun çıxışı ilə davam edib. O, O. Abdinovla bağlı xatirələrindən, dostluq münasibətlərindən, birlikdə təşkil etdikləri konfrans və məktəblərdən bəhs edib. Bildirib ki, O.Abdinov elmə, öz işinə bağlı insan olub. O, alimin yetirmələrinin təkcə, MDB məkanında deyil, dünyanın müxtəlif ölkələrində elmi məşğul olduqlarını vurğulayıb. A.Bayramov O.Abdinovun təşəbbüsü ilə ilk dəfə yaradılan və hazırda fəaliyyət göstərən “Milli Grid Seqmeti”ndən bəhs edib.

Daha sonra BNTİ-nin Nüvə Problemləri laboratoriyasının böyük elmi işçisi Nazim Hüseynov çıxış edib. OAzərbaycan ilə Cenevrə şəhərində yerləşən CERN (Avropa Nüvə Araşdırmaları Təşkilatı) arasında əlaqələrin inkişaf etdirilməsində O.Abdinovun böyük xidmətlərinin olduğunu vurğulayıb. N.Hüseynov çıxışını “Yüksək enerjilər fizikası sahəsində Fizika İnstitutu ilə BNTİ arasında əməkdaşlığın nəticələri və perspektivləri” mövzusunda məruzə ilə davam etdirib.

BNTİ-nin Nüvə problemləri laboratoriyasının baş elmi işçisi Nikolay Rusakoviç də Ovsat Abdinov haqqında xatirələrini bölüşüb. Bildirib ki, O.Abdinov ömrünün son günlərinə kimi elmi fəaliyyətini davam etdirirdi və öz işindən zövq alırdı.

BNTİ-nin İnformasiya Texnologiyaları laboratoriyasının direktoru Vladimir Korenkov çıxış edib. O, O.Abdinovla birgə Azərbaycanda Milli “Grid Seqmenti”nin yaradılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, sevindirici haldır ki, Azərbaycan Grid seqmentinin ilk iştirakçılarından olub. V.Korenkov alimin yetirmələrinin onun yolunu uzun müddət davam etdirəcəklərinə ümidvar olduğunu vurğulayıb.

Anım tədbirində BNTİ-nin vitse-direktoru Mixayl İtkis, O.Abdinovun ailə üzvləri və digərləri alim haqqında xatirələrini bölüşüblər.

Tədbirdəm sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan müasir tədqiqat qurğuları və maddi texniki baza ilə tanış olublar.

 

Məryəm Rafaelqızı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !