Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub - (+FOTOLAR)

Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə perspektivləri müzakirə olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Belarus Milli Elmlər Akademiyasının (BMEA) Fiziologiya İnstitutunun “Hüceyrə Texnologiyaları” laboratoriyasının rəhbəri, dosent Larisa Nikolayeviç vəelmi işçisiİrina Rudenkova AMEA Botanika İnstitutunda direktor, akademik Validə Əlizadə, İnstitutunHüceyrə biofizikası laboratoriyasının elmi işçiləri, AMEA-nın müxbir üzvü Xəlil Qasımov, b.ü.e.d. Gülnarə Sultanova və b.ü.e.d. Arifə Bağırova ilə görüşüblər. Görüş zamanıBMEAvə AMEA Botanika İnstitutu arasında bağlanmış memorandum çərçivəsində müştərək həyata keçirilən “Metlevorinin təsiri altında klonogen şiş hüceyrələrinin apoptor mexanizminin in vitro öyrənilməsi” beynəlxalq layihəsi üzrə nəticələr və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Botanika İnstitutun müasir elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri və əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verilib. İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olan qonaqlar təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar.

Səfər müddətindəL.NikolaeviçinAzərbaycan Tibb Universiteti, AMEA Botanika və Fiziologiya İnstitutlarının birgə təşkilatçılığı ilə ATU-nin Onkoloji klinikasında keçirilən elmi seminarda “Polien antibiotiklərinin in vitro şiş hüceyrələrinin klonal heterogenliyinə təsiri” mövzusunda məruzəsi dinlənilib. Mövzu alimlər tərəfindən maraqla qarşılanıb, geniş müzakirələrə səbəb olub.

Qonaqlar eyni zamanda AMEA Fiziologiya İnstitutuna da olublar. İnstitutun əməkdaşları ilə görüş zamanı xərçəng müalicəsinin tənziminin və effektliyinin nəzarətinin innovativ üsullarının eksperimental işlənməsi məsələləri müzakirə olunub. Hədəf alınmış dərmanların (metillevorin və amphotericin poleyen antibiotikləri) çatdırılmasında nanostruktur kompozisiyaların tədbiqinə dair birgə tədqiqat məsələləri nəzərdən keçirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !