MEK əməkdaşlarına İctimaiyyətlə əlaqələr və media təlimi keçirilib - (+FOTOLAR)

MEK əməkdaşlarına “İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında BDU-nun Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu MEK və BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlarına “İctimaiyyətlə əlaqələr (PR) və media” mövzuda təlim-seminar keçib.

MEK-in direktoru Leyla İmanova kitabxananın informasiya istehsal edən və paylaşan bir qurum olduğunu vurğulayaraq ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyinə diqqət çəkib. L.İmanova təlim-seminarın Jurnalistika fakültəsi ilə 2018-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirildiyini bildirib.

BDU Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu təlim zamanı müasir dövrdə media ilə, ictimaiyyətlə əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, böhran vəziyyətində müəssisənin rəhbərliyinin, PR işinə cavabdeh şəxslərin davranışları və s. mövzularda geniş məlumat verib. V.Zifəroğlu ictimaiyyətlə əlaqələri düzgün istiqamətdə tənzimləməyin, müəssisənin fəaliyyəti haqqında mediaya dolğun məlumat ötürməyin vacibliyindən bəhs edib. Dünyada PR anlayışına 500-dən artıq tərif verildiyini deyən V.Zifəroğlu PR dedikdə “imicin idarə edilməsi” tərifinə üstünlük verdiyini və PR ilə bağlı addımların məhz bu anlama yönəldilməsinin vacibliyini vurğulayıb.

İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər ünvanlayaraq mövzu barəsində fikirlərini səsləndiriblər. İkigünlük tədbirin sonunda təlimin iştirakçılarına sertifikatlar, BDU əməkdaşlarına isə sertifikatla yanaşı kitabxananın bir illik oxucu kartı təqdim edilib.

Gələcəkdə hər iki qurumun birgə şəkildə təlim, seminar və tədbirlər keçirməsi qərarlaşdırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !