FİZİKA İNSTİTUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB - (+FOTOLAR)

FİZİKA İNSTİTUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLİB (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarı Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açıb. O, BNTİ-nin beynəlxalq təşkilat olduğunu və bu təşkilatla əməkdaşlığın dövlət səviyyəsində aparıldığını vurğulayıb. N.Məmmədov qeyd edib ki, BNTİ ilə əməkdaşlıq Azərbaycanın eyni fəaliyyət sahəsinə aid olan bütün elm və təhsil müəssisələrini əhatə edir.

Qonaqlarının təqdimatından sonra məruzələr dinlənilib. İlk olaraq BNTİ-nin Nüvə problemləri laboratoriyasının baş elmi işçisi Nikolay Rusakoviçin “İnstitutun 7 illik 2017-2023 inkişaf strategiyası proqramı planının hazırlığı. Avropa tədqiqat infrastrukturu sisteminəBNTİ-nin inteqrasiyası perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi İnstitutunun qarşısında duran vəzifələrdən, BNTİ-nin “Yüksək enerjilər fizikası” laboratoriyasının bazasında yaradılan NICA proton və ağır ionlar kollayderindən, aparılan tədqiqatlardan, əldə olunan elmi nailiyyətlərdən və s. bəhs edib.

Daha sonra ATLAS-da Fizika Sektorunun və BNTİ-nin Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri Aleksandr Çeplakovun “ATLAS eksperimentlərinin elmi nəticələri” və Nüvə problemləri laboratoriyasının direktor müavini V.Qlaqolevin “V.P.Celepov adına Nüvə problemləri laboratoriyasının əsas tədqiqat istiqamətləri”mövzusunda məruzələri dinlənilib.

Sonda müzakirələr aparılıb, seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Məryəm Rafaelqızı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !