AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasında olub - (+FOTO)

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasında olub (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Federasiyasına səfər edib. Səfər çərçivəsində akademik Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevlə görüşüb.

Görüşdə akademik Aleksandr Sergeyev REA-nın ötənilkifəaliyyəti haqqında danışıb.Akademiyalar arasında elmi əlaqələrin inkişafına xüsusi toxunan A.Sergeyev uzun illərdir REA ilə AMEA-nı səmərəli əməkdaşlıq birləşdirdiyini deyib.

Akademik İbrahim Quliyev öz növbəsində REA-nın rəhbərliyinə səmimi qəbula görə təşəkkürünü bildirib.Ötən ilinAMEA üçün də səmərəli olduğunu qeyd edən İ.Quliyev yeni layihələrə imza atıldığını, dünyanın müxtəlif ölkələrinin, o cümlədən Rusiyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirildiyini, müştərək tədqiqat və layihələrin həyata keçirildiyini söyləyib. Akademik REA-nın prezidentinin başçılığı altında nümayəndə heyətini AMEA-ya dəvət edib.

Sonra tərəflər gələcəkdə müxtəlif sahələr üzrə fundamental və tətbiqi tədqiqatlara yönələn potensialın genişləndirilməsi məqsədilə əməkdaşlıq haqqında sazişin yenidən imzalanması məsələsini müzakirə ediblər.

Görüşdə REA-nın prezidentinin müavini, akademik Taliya Xabriyeva, Xarici Əlaqələr İdarəsinin rəisi Olqa Qluxovtseva və Q.V.Plexanov adına RİU-nun Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov iştirak ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !