Mərkəzi İncəsənət Məktəbində Gənc İfaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsi keçirilib - (+FOTOLAR)

Mərkəzi İncəsənət Məktəbində Gənc İfaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 2 – 7 aprel 2019-cu il tarixlərində klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etmək məqsədilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gənc İfaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsi keçirilib. Müsabiqə Azərbaycan, Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Macarıstan və Litvadan beş yaş kateqoriyası üzrə 346 ifaçı, altı xor kollektivi, iki rəqs qrupu və 19 ansamblın iştirakı ilə keçirilib.

Aprelin 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, MDB-yə üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilati dəstəyi ilə keçirilən "World Harmony" müsabiqəsinin qala-konserti olub.

Qeyd edək ki, münsiflər heyəti qismində Üzeyir Hacıbəyli adına Bakı Musiqi AkademiyasınınınTədris işləri üzrə Birinci prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, BMA-nın “İfaçılıq”fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, Professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, Xalq artisti, professor Yusif Axundzadə təmsil ediblər.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin III kurs tələbəsi Ələkbərzadə Eldəniz Qran Pri mükafatına layiq görülüb. Həmçinin

Məhəmmədəli Paşazadə I kurs (Klarnet)I yer, Əliyev Rəsul IV kurs (Fleyta) III yer, Tanıverdiyev Nemət III kurs (Trombon) III yer, Məmmədov Kamran III kurs (Faqot) III yer, Məmmədova Güllübəyim (BMA-nın illistratoru) III yerə layiq görülüblər.

Təbrik edirik!

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !