Şəmkirdə Aprel Şəhidlərinə həsr olunmuş layihə keçirilib - (+FOTOLAR)

Şəmkirdə Aprel Şəhidlərinə həsr olunmuş layihə keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəmkirdə Aprel Şəhidlərinə həsr olunmuş layihə keçirilib.

"Biz Sizi Unutmarıq" adlı layihə çərçivəsində hazırlanmış, 2016-cı ilin aprel ayında gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəmkir rayonundan olan polkovnik Vüqar Yusifov, Altun Dəmirli, Vüsal Alıyev, Təbriz Əsgərov və Nurlan Qasimovun xatirəsinə həsr olunmuş videoçarx məktəblərdə nümayiş etdirilib.

Videoçarxda şəhidlərimizin həyat yolu və onların qəhrəmanlığından bəhs olunmuşdur.

Layihə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində töfhə verməklə yanaşı qəhrəmanlığın, vətənpərvərliyin təbliğinə yönəlmişdir. Eyni zamanda məqsəd aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onları cəmiyyətin daim diqqət mərkəzində saxlamaq, insanlarda vətənpərvərlik ruhunun daha da yüksəldilməsi,vətənpətvərliyin təbliği və gənclər arasında qələbə ruhunun aşılanmasından ibarətdir.

Qeyd edək ki, layihə rəhbəri Şəmkir rayon sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi, ictimai fəal gənc Ramiz Məhərrəmovdur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !