Nəsimi ilində Nəsimi poeziyasına fərqli yanaşmalar nümayiş olunacaq -

Nəsimi ilində Nəsimi poeziyasına fərqli yanaşmalar nümayiş olunacaq

AZpress.AZ xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrınının İmadəddin Nəsimiyə həsr etdiyi festivala sayılı günlər qaldı.

Belə ki, teatr özünün “Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşəcək üçüncü “Bizim teatr festival”ını Nəsimi ilinə həsr edəcək. “Nəsimi ili - Nəsimi dili” adlandırılacaq festivalın 2019-cu il aprelin 12-13-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

Festivalda Bakı Uşaq Teatrı tam tərkibdə iştirak edəcək. Bununla yanaşı, tədbirin quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır. Teatrın aktyorları Niyaz Qasımov və Mehman Piriyev də festivalda iştirak edəcək hazır çıxışların seçilməsində yaxından iştirak edir.

Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək, müstəqil qəzəl təqdimatları və müxtəlif kompazisiyalar nümayiş etdirəcəklər. Təqdimatlarda əsasən Nəsimi poeziyasının nümunələrinə fərqli yanaşmalara və yozumlara diqqət ayrılacaq. Məqsəd teatrda çalışan hər kəsə öz yaradıcılıq imkanlarını nümayiş etdirmək imkanı verməkdir.

Bundan başqa , müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunub. Artıq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti çıxışla bağlı festivalın təşkilat komitəsinə müraciət ediblər və proqrama salınıblar.

Respublika İncəsənət Gimnaziyasının şagirdləri də festivala qonaq qismində qatılacaqlar.

Festivalın informasiya dəstəkçisi İctimai Televiziya və Radio Yayımları Şirkəti və teatro.az saytıdır.
Xatırladaq ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd olunur.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !