Nəsimi ili çərçivəsində ədəbi-bədii gecə keçirilib - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

“Nəsimi ili” çərçivəsində ədəbi-bədii gecə keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinə müvafiq olaraq Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə ədəbi-bədii gecə keçirilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, məktəbin direktoru Səadət Kazimova tədbirdə çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu diqqətə çatdırıb. Bildirib ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən bir şair olub.
Məktəbin müəllimi Dilarə Qafarova şairin yaradıcılığı barədə məlumat verib. Bildirib ki, İmadəddin Nəsiminin anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər, dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə olunub.
Sonra tədbir iştirakçiları Nəsiminin həyat və yaradıcılığından bəhs edən video-çarxa baxıblar.
Yuxari sinif şagirdlərinin ifa etdiklələri Nəsimi filmindən Şirvanşah İbrahimlə Nəsiminin söhbətini əks etdirən səhnəcik maraqla qarşılanıb. Səhnəcikdən sonra məktəblilər şairin qəzllərini söyləyiblər. Tədbir davam edərkən məktəbin şagirdi Xumar Məmmədova İmadəddin Nəsimini portretini çəkib.
Tədbirin sonunda məktəbin tədris işləri üzrə müavini Validə Nuriyeva Nəsimi yaradıcılığının, ədəbi irsinin şagirdlər tərəfindən sevilərək öyrənildiyini, şairin şeirlərindəki mövzuların bu gundə öz aktulliğin itirmədiyini diqqətə çatdırıb.


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !