Qadın zorakılığına son adlı layihəsi həyata keçirilib - (+FOTOLAR)

“Qadın zorakılığına son” adlı layihəsi həyata keçirilib (+FOTOLAR)

www.facebook.com/groups/250993438794052/ 

 

18, 19, 21, 22 fevral 2019-cu il tarixlərində Binəqədi rayon 283 saylı orta
məktəbin inzibati binasında Azərbaycan Respublikasının Gənclər Fondunun
maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan
Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Qadın
zorakılığına son” adlı layihənin seminarları keçirilib. Layihədə məktəblilər iştirak
etmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Yeganə Cavadova öz nitqində
Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün
minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Daha
sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər
Birliyinin sədri Fəsli Nəbiyev layihə rəhbərini təbrik edib və bu kimi layihələrin
gənclər üçün önəmini vurğulayıb. Digər günlər isə layihə rəhbəri gender
bərabərliyi Azərbaycan qadınının müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr
verməsindən və Azərbaycan respublikasında ilk dəfə qadına seçki hüququnun
verilməsindən bəhs etdi. Çıxışlardan sonra isə təlimçi Mahmud Mahmudovun
təqdimatında müvafiq mövzuda seminar keçirilib. 18 fevral 2019-cu il tarıxındə
açılış seminarı olan“Qadın zorakılığına son” adlı layihə 22 fevral 2019-cu il
tarixində bağlanış seminarı keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !