"AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edilir -

"AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edilir

https://www.facebook.com/groups/250993438794052/ 

 

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 03 aprel 2019-cu il tarixli 8/7 nömrəli qərarına əsasən "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir.

"AMEA-nın professoru" adı AMEA-nın Rəyasət Heyəti tərəfindən AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər eldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş yaşı 50-dək olan elmlər doktorlarına verilir.

"AMEA-nın professoru" adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülür.

"AMEA-nın professoru" adı Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə onun nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, habelə Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimlərinə də verilə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər 2019-cu il mayın 10-dək AMEA-nın müvafiq elmi bölmələrinə (Bakı ş., İstiqlaliyyət küç., 30) təqdimedilməlidir: 

 

– elmi tədqiqat və ya ali təhsil müəssisələri tərəfindən müşayiət məktubu;

– namizədin irəli sürülməsi haqqında müvafiq elmi şuranınqərarı;

– namizədin elmi əsərlərinin təsdiq olunmuşsiyahısı;

– namizədin hazırladığı elmi kadrların təsdiq olunmuşsiyahısı;

– kadr uçotu üzrə şəxsi vərəqə;

– 2 ədədfotoşəkil (6x9sm.);

– alitəhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

– tərcümeyi-hal;

– şəxsiyyət vəsiqəsinin surəti. 

 


Azərbaycan Milli Elmlər Akademiyasının
Rəyasət Heyəti

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !