Bakıda məşhur amerikalı şairlə - - Aleksandr Səlimovla görüş keçirilib (+FOTOLAR)

Bakıda məşhur amerikalı şairlə - Aleksandr Səlimovla görüş keçirilib (+FOTOLAR)

 Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində dünya şöhrətli şair, filologiya elmləri doktoru, professor, ABŞ-ın Delaver Universiteti Senatının prezidenti Aleksandr Səlimovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə Aleksandr Səlimov öz şeirlərini oxuyub, tamaşaçıların suallarına cavab verib.

Bakılı tamaşaçılar şairin yaradıcılığına böyük maraq göstəriblər.

Məlumat üçün bildirək ki, Aleksandr Səlimov 1963-cü ildə Mahaçqalada anadan olub. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A. Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyinin beynəlxalq münasibətlər şöbəsində hərbi tərcüməçi vəzifəsində çalışıb. 1990-cı ildə ABŞ-ın Delaver Universitetinin magistraturasına, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspiranturasına daxil olub. 1996-cı ildə “İspan dili və ədəbiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib.

A.Səlimovun kitabları arasında “Çağırış və digər poemalar” adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb.

“Çağırış və digər poemalar” kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.

***

Sonda tədbirin təşkilatçısı, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsən-zadə diaspora komitəsi və Amerika ticarət palatasina göstərdikləri dəstəyə görə bir daha minnatdarlığını bildirib.(red.AZpress.AZ)

 

Fotolar Kamran Bağırovundur.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !