Lənkəranda Aprel şəhidlərinin xatirəsi anılıb - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

Lənkəranda Aprel şəhidlərinin xatirəsi anılıb + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Aprelin 6-da 2016-cı ilin aprel döyüşlərində erməni işğalçı ordusuna qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş lənkəranlılar - Rusif İbrahim oğlu Ağayev və Əlizamin Fərrux oğlu İslamovun xatirəsi ehtiramla yad olunub. Azpress.AZ xəbər verir ki, bu münasibətlə rayonun Hirkan qəsəbəsində və Cil kəndində anım mərasimləri keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və KİV təmsilçilərinin iştirak etdikləri mərasim zamanı şəhidlərin məzarları ziyarət olunaraq üzərinə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub və ehsan süfrələri açılıb. İcra başçısı Taleh Qaraşov şəhidlərin valideynləri və doğmaları ilə görüşərək bir daha qayğıları ilə maraqlanıb və Vətən üçün canından keçən layiqli övladlar tərbiyələndirdiklərinə görə onlara təşəkkürünü çatdırıb. Mərasim zamanı məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.
Hər iki şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və şəhər İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !