Xarici İşlər Nazirliyinin rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib - (+FOTOLAR)

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 2019-cu ilin 4 aprel tarixində Xarici İşlər Nazirliyinin rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

 

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən bu səfərin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinim N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüşmək, eləcə də Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri və təmin edilmiş təhlükəsizlik vəziyyəti ilə yaxından tanışlıq olan səfərdə Xarici İşlər Nazirliyinin nazir müavinləri Ramiz Həsənov və Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən və struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti iştirak edib.

 

Səfər çərçivəsində Fizuli rayonunun Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə qarşısında əklil qoyulmuş, Cəbrayıl rayonu icra hakimiyyətinin iştirakı ilə Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüş keçirilmiş, Cocuq Mərcanlı məscidinə baş çəkilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüş keçirilib. Həmçinin, Aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkilib.

 

Ölkəmizin Silahlı Qüvvələrinin ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət Azərbaycan diplomatları tərəfindən hər zaman dəstəklənir və ölkəmizin maraqlarının beynəlxalq müstəvidə daima layiqincə qorunması istiqamətində davamlı addımlar atılır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !