Aprel döyüşləri şanlı tariximizdir - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Aprel döyüşləri şanlı tariximizdir + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

https://www.facebook.com/groups/232461030668048/ 

 

Ağcabədi rayonu ərazisində şanlı aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, aprel ayının 3-də YAP Ağcabədi rayon təşkilatının, QMƏVŞAİB Ağcabədi rayon filialının və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə 2016- cı il aprel döyüşlərində Azərbaycan ordusunun Lələtəpə yüksəkliyinin alınmasında şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə Füzuli rayonunun Horadiz qəsəbəsində ucaldılmış abidə ziyarət olundu.
Qazi və veteranlar, “N” saylı hərbi hissənin əsgər və zabitləri şəhidlərin xatirəsini ehtiramla yad edərək abidə önünə qərənfillər düzdülər.
Sonra tədbir iştrakçıları Cocuq Mərcanlı kəndinə gedərək Torpaqlarımızın müdafiəsində dayanan “N” saylı hərbi hissənin əsgər və zabitlərl ilə görüş keçirdilər.
Əsgərlər qarşısında çıxış edən YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi, Qarabağ muharibəsi veteranı Mehman Novruzov Ağcabədi ictimaiyyətinin əsgərlərə salamını çatdırmış, Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan ordusunun bu gün regionun ən güclü ordusu olduğunu, Ali Baş Komandan İlham Əliyev cənablarının orduya göstərdiyi diqqət və qayğısından bəhs etmişdir.
QMƏVŞAİB Ağcabədi filialının sədri, Qarabağ qazisi İsmayıl Məhərrəmov görüşdə çıxış edərək gənc əsgərlərə xidmətlərində uğurlar, torpaqlarımızın azad edilməsi uğrunda yeni qələbələr arzu etdi.
Sonda qonaqlar tərəfindən gətirilmiş Azərbaycanın üçrəngli bayrağı hərbi hissəyə təqdim edilmiş, həmin bayrağın işğaldan azad olunacaq yeni ərazilərimizdə tezliklə dalğalandırmağı arzu etmişlər.

 

Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !