Azərbaycan Dövlət Akademik Filarmoniyasında Prometey Bakıda adlı konsert proqramı keçirilib - (+FOTOLAR)

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Prometey Bakıda” adlı konsert proqramı keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 29 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Prometey Bakıda” adlı konsert proqramı keçirilib.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında E.F. Stravinski “Simurq quşu” suitası (1919) və A.N.Skryabinin “Prometey” alov poeması op.60 əsərləri səsləndirilib.

Konsertdə solist qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbəri - Azərbaycan Respublikasının xalq artisti Gülbacı İmanova) çıxış ediblər.

Qeyd edək ki, E.F. Stravinskinin “Simurq quşu” suitası Bakıda nadir hallarda səslənir.

Konsertdə A.N.Skryabinin “Prometey” alov poemasının ifası zamanı Piano, orkestr, xorun ifası və işıqların ahəngi ecazkar təəasürat doğurub. Pianistin peşəkar ifası dinləyicilərin zövqünü oxşayıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsinin divarlarında əks olunan alovun və şimşəyin çaxmağı bütün auditoriya tərəfindən maraq hissi ilə qarşılanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !