Prezidentin məhkəmə islahatları ilə bağlı fərmanı... -

Prezidentin məhkəmə islahatları ilə bağlı fərmanı...

https://www.facebook.com/groups/604248139738662/ 

 

Ötən gün prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda” əhatəli fərman imzalayıb. Fərman sahibkarlıq fəaliyyəti ilə mübahisələrə baxmaq üçün xüsusi məhkəmələrin yaradılmasından tutmuş hakimlərin maaşlarının kəskin artırılmasına qədər bir çox məqamları nəzərdə tutur.

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, fərmanın ən mühüm məqamlarından biri də məhkəmə proseslərinin audio-yazısının aparılmasına dair müddəadır.

“Əlbəttə, videoçəkiliş də əksini tapsaydı sənəddə, daha yaxşı olardı. Amma indiki halda audio da işə yarayır. Yoxsa məhkəmələrdə biabırçılıq idi, tərəflərin dediklərini necə istəyirdilər, elə də yazırdılar. Sən də sübut edə bilmirdin ki, mən bunu belə yox, belə demişəm. Hesab edirəm ki, bundan sonra, sərəncamın tətbiqi başladıqda bu sahədə biabırçılıqlara son qoyula bilər»-Əkrəm Həsənov “Azadlıq” radiosuna açıqlamasında deyib.

Ə.Həsənovun fikrincə, sərəncamın ikinci müsbət cəhəti orada məhkəmə qərarlarının mütləq dərc olunması ilə bağlı məsələyə yer verilməsidir: «Düzdür, bununla bağlı keçən ilin sonlarında da sərəncam verilmişdi. Amma 4 ay keçsə də, hələ də məhkəmə sistemi buna əməl etmir, amma indiki sərəncamda bu mütləqləşdirilir».minval.info

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !