Üstünə - - Sona Vəliyeva

Üstünə - Sona Vəliyeva

https://www.facebook.com/groups/604248139738662/ 

 

(Hər ay təqvimdə matəm günü görüncə, millətimizin taleyinə bir daha ağladım...)

 

Üstünə
 


Torpağın ağrısı canımda hər gün,
Bir parça Şuşayam közərir külüm.
El köçüb, yas qurub Xarı bülbülüm,
Gedən yurd yerinə qalan üstünə.(müəllif)

 


Hər ayda bir qanlı təqvim,
Hönkürdüm hər an üstünə.
Ölüb dərdimi göndərəm,
Mənə yananın üstünə.


Yoxa vardı, varda yoxdu,
Həsrət dərd-qəmlə ovundu.
Ömür bir rəngli yuxudu,
Doğru yalanın üstünə.


Ay oğuzlar, ay ərənlər,
Səbri dözümlə yeyənlər.
Ay torpağın itirənlər,
Gedək tapanın üstünə.


Qara sevda, qara dərddir,
Torpaq sevgim, yurd həsrətim,
Ölənin bəxti gətirdi,
Ağlayaq qalan üstünə.


Əldən yurdu gedən adam,
Səbr edib ölməyən adam.
Bu taleyə asi ollam,
Gedib yaradan üstünə.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !