Vüsalə Məmmədovanın Əsir düşərgəsi kitabının təqdimatı keçirildi - (ViDEO+FOTOLAR)(YENİLƏNDİ)

Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabının təqdimatı keçirildi (ViDEO+FOTOLAR)(YENİLƏNDİ)

https://www.facebook.com/groups/1110444829106515/ 

 

5 ildir "Əsir düşərgəsi" ilə addımlamağımda təmənnasız dəstək olan insanlar var. Məsələn, 2-ci kitabımın əsasını təşkil edən "Ən kədərli vidalaşma" hekayəsi haqqında faktları toplayarkən bir videoda Kəlbəcəri işğal edən ermənilərin yerli sakinlərlə, xüsusilə də qadınlarla dialoqlarını Azərbaycan dilinə tərcümə etmək lazım idi...

Status yazdım: "Ermənicədən tərcümə edən kimi tanıyırsınız?" Üstəlik əlavə də etdim ki, qiymət münasib olsun, büdcəm o qədər böyük deyil...

İlk mesaj Vusale Mahirqızıdan gəldi: "Məbləğdən narahat olmayın, tərcümə eləsinlər, ödənişi redaksiya edəcək!"

Və ikinci mesaj: "Statusu dərhal silin və materialları göndərin! Biz bu işi təmənnasız görəcəyik!"

O adam Azer Khalilov idi! "Əsir düşərgəsi"nə növbəti dəstəyini göstərirdi...

Azər müəllim, bu dəstəyinizi davam etdirdiyiniz üçün minnətdaram!

 

***

 

Tanınmış jurnalist, İTV-də yayımlanan "Dikdaban" verilişinin aparıcısı Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" kitabının təqdimatı baş tutub.

 

Tədbiri giriş sözü ilə "TEAS Press” Nəşriyyat Evinin nümayəndəsi Aysel Zahidqızı açıb. O bildirib ki, "Əsir düşərgəsi" kitabı iki il əvvəl çap olunmasına baxmayaraq, kifayət qədər maraq doğurur: "Düşündük ki, yenidən imza günü keçirək. Kitabın təqdimat günü kimi 2 aprel tarixini təsadüfi seçməmişik. Bildiyiniz kimi, bu gün Kəlbəcərin işğalı günüdür. Kitab Qarabağ müharibəsində girov götürülənlərin həyat hekayələrini, onların yaşadıqları ağrı-acıları əks etdirir”.

Lent.az saytının baş direktoru Qabil Abbasoğlu nəzərə çatdırıb ki, "Əsir düşərgəsi” kitabı Lent.az-ın eyni adlı layihəsi çərçivəsində ərsəyə gələn ikinci kitabdır: "Bundan əvvəl "Cəhənnəmdə böyük çığırtı” kitabı nəşr olunub. Arzulamadığımız məzmun olsa da, kitabda Azərbaycanın acı reallığı cəmlənib. Biz bu acı reallığı istedadla, insani hisslərlə və obyektivliyi qorumaq şərti ilə qələmə almağın vacibliyini, bunun tarixi məsuliyyətini anlayaraq, bu hekayətlərin kitaba çevrilməsinə qərar verdik. Biz Vüsalə Məmmədova ilə "Əsir düşərgəsi” layihəsinin müzakirəsi zamanı bu xatirələrin saytda yayımlanmasını və gələcəkdə kitab halına salınmasını düşünürdük. O qədər əsirlərimiz, o qədər acı talelərimiz olub ki, materiallar artıq iki kitaba sığmır. Mən buna təəssüf edirəm. Vüsalənin kitabında belə bir cümlə var ki, müharibə xatirələri üçün ən yaxşı sığınacaq kitabdır, çünki kitab bu yaşantıları saxlamaq üçün ən uğurlu abidədir. Arzu edirəm ki, o gün olsun, Vüsalə qalib əsgərlərimizin xatirələrini yazsın, Qarabağdan, o yurdlardan reportaj eləsin. Arzu edirəm ki, o ağır talelər o qədər az olsun ki, bundan sonra belə kitablar yazılmasın”.

Vüsalə Məmmədova kitab haqqında daha geniş məlumat verib: "Əsir düşərgəsi” kitabında doqquz hekayə toplanıb. Bu hekayələr təxminən otuz insanın, otuz girovun taleyini, yaşadığı faciəni əhatə edir. Birinci kitabdan fərqli olaraq bu kitabda döyüşçü Fəxrəddin Abışovun hekayəsi yer alıb. Burada Xocalı faciəsindən sonra Türkiyədən Azərbaycana gəlib könüllü olaraq ordu sıralarına yazılan və bizim torpaqlar uğrunda döyüşən Atilla Yumakın da həyat hekayəsi yer alır. Çünki bir Türkiyə vətəndaşı olaraq Atilla Qarabağ torpaqları uğrunda döyüşüb və əsir düşüb. Kitabda yer alan "Atam tez qayıdacaq” hekayəsinin qəhrəmanı, 1991-ci ildə girovluq həyatı yaşayan Bayram dayı artıq dünyasını dəyişib. Burada bir həyat hekayəsi də var ki, onun qəhrəmanı əsirlikdən qayıda bilməyib. Mən onun hekayəsini anasının dilindən yazmışam. Bildiyimiz kimi, 2 aprel Kəlbəcərin işğalı günüdür. "Əsir düşərgəsi”nin böyük bir hissəsi isə Kəlbəcərdən çıxmağa çalışarkən girov düşən mülki şəxslərin həyat hekayəsi təşkil edir”.

Daha sonra müəllif oxucular üçün kitab imzalayıb. bakupost.az

 

 Fotolar Ramil Zeynalov və Ramil Məmmədovundur

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !