Qırğızıstanda soydaşlarımızın Azəri komandası mini futbol üzrə turnirdə çempion oldu - (+FOTO)

Qırğızıstanda soydaşlarımızın “Azəri” komandası mini futbol üzrə turnirdə çempion oldu (+FOTO)

 AZpress.AZ xəbər verir ki, mart ayının 30 – 31-də Bişkekin Kaba uulu Kojomkul adına idman sarayında Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekovun dəstəyilə baş tutan ölkədə yaşayan xalqların diaspor təşkilatlarının arasında mini futbol turniri 2010-cu ildə Qırğızstanda baş verən Aprel inqilabı qəhrəmanlarının xatirəsinə həsr olunmuşdur.

17 komandanın iştirak etdiyi turnirdə Azərbaycan diasporunu “Azəri” komandası təmsil edib.
Kəskin mübarizədə Ukraynalıların komandası - "Bereginya" - 0:1 hesabı ilə "Azeri" komandasına məğlub oldu.

Turnirin final oyununda “Azəri” komandası Qırğızstanın Dunqan Assosiasiyasının "Aleks" komandası ilə qarşılaşdılar. “Azəri” komandası mübarizə boyunca təşəbbüsə sahib idi. Onlar müdafiədə ehtiyatlı davranıb, rəqibinə gözlənilməz hücumlarla və yüksək sürətlə hərəkət etdilər. Hər iki komandanın həvəskar oyunçularının yüksək səviyyədə futbol göstərməyi tamaşaçılar üçün gözlənilməz oldu.

Turnirin əsas matçında yalnız bir qol vuruldu. Bu “Azeri” komandasının oyunçuları tərəfindən keçirildi və komandamız 1-ci yeri tutdu. Final oyunu zamanı yerli azarkeşlərin əksəriyyəti bizim komandaya rəğbət bəslədiklərini nümayiş etdiriblər.

Qırğızstan Xalqı Assambleyasına daxil olan yeganə azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev komandamız haqqında mətbuat işçilərinə dedi: «Bizim komanda bir neçə il bundan əvvəl yaradılmışdır. Biz idmana, xüsusilə də mini-futbola mümkün qədər çox həmyerlilər cəlb etməyə çalışırıq. Uşaqlar bu turnir üçün hərtərəfli hazırlaşdılar. Onlar ağır təlim keçirdilər».

Komandamızın üzvlərinə kuboku, medalları, diplomları və pul mükafatını Qırğızstanın Prezident Aparatının rəhbərinin birinci müavini Almaz Kenenbayev təqdim edib.

Qeyd edək ki, “Ən yaxşı oyunçu” nominasiyasına da “Azəri” komandasının təmsilçisi layiq görülüb.
Ölkənin KİV-ləri bu tədbiri geniş işıqlandırıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !