Dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyaq ... - + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

“Dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyaq”... + FOTOLAR (AZpress.AZ – Nəriman İsmayılov)

https://www.facebook.com/groups/232461030668048/ 

 

29 mart tarixində Dünya məktəbinin Beynəlxalq Bakalavriat proqramının tələbələrinin iştirakı ilə “Dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyaq” adlı musiqili bədii kompozisiyalardan ibarət tədbir keçirilmişdir. Tədbirdə ingilis bölməsinin bütün siniflər üzrə şagirdləri ana dilində bilik və bacarıqlarını sərgiləmiş, bu sahədə son zamanlar yaranan neqativ tendensiyaya qarşı öz iradlarını və etirazlarını müxtəlif tamaşa və musiqilər vasitəsilə bildirmişlər. Daha çox maarifləndirmə xarakteri daşıyan bu tədbir ənənəvi formatda keçirilməmişdir. Aparıcı qismində rol alan Molla Nəsrəddin obrazı müxtəlif tamaşaları Cəlil Məmmədquluzadənin ana dili və milli dəyərlərlə bağlı məqalələrinin fonunda təqdim etmişdir. Tədbirdə Prezidentin bu ili “Nəsimi ili” elan etməsi məqamı Nəsimi tamaşası ilə işıqlandırılmışdır. Tədbir “Nəsimi” tamaşasından əlavə müxtəlif qısa bədii kompozisiyalar əsasında təşkil olunmuşdur. Məktəbin Azərbaycan dili müəlliməsi Fidan Məmmədovanın qələmə aldığı “Xoşbəxt ana” hekayəsi əsasında səhnələşdirilmiş səhnəcik, Mir Cəlalın “Bir gəncin manifesti“ əsərindən “İtə ataram, yada satmaram” adlı kompozisiya, Haqverdiyevin “Bomba” hekayəsi əsasında hazırlanmış tamaşa və müxtəlif musiqi nömrələri izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.Bundan əlavə tədbirdə “Mənəvi dəyərlərlərin qorunmasi” ilə bağlı keçirilmiş ESSE müsabiqəsinin qalibləri də diplom və sertifikatlarla təltif olundular.Bölmənin beşinci sinif şagirdi Zeynəb Allahverdiyevanın “Xocalını dünyaya tanıdaq” məqaləsi müxtəlif jurnal və saytlar tərəfindən də dəyərləndirilmiş və mükafata layiq görülmüşdür. Dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması məqsədi ilə keçirilən həmin bədii gecə məktəbin ingilis bölməsinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri- Könül Kazımova, Fidan Məmmədova və Nuranə Həmidovanın təşəbbüsü və rəhbərliyi altında təşkil olunmuşdur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !