Məktub (Könülün dilindən) - - Sona Vəliyeva

Məktub (Könülün dilindən) - Sona Vəliyeva

https://www.facebook.com/groups/604248139738662/ 

 

Məktub

 

(Könülün dilindən)

 

Torpağın üzü soyuqdur,
Gəl qəbrimə üz söykəmə.
Soyuqlarsan, baxan olmaz,
Yoxluğumu dərd eyləmə.

 

Yüz fikir borcu ödəməz,
Haraya yetməz əlim.
Göz yaşın yolu uçurdu,
İndi hansı yolla gəlim?

 

Ən kiçik umu-küsü də
Dözülməyən dərddi indi.
Ölüm də qismət, yazıdı,
Elə bilmə üz döndərdim.

 

Sevgi, diqqət innən belə
Daha çox gərəyim olar.
Burda sevincdən ölərəm
Bilsəm orda sevənim var.

 

Qoyub gəldiyim evimdə
De hər şeyim düzənlimi?
Qoyma uşaqlar ağlasın,
Dağlayırlar ürəyimi.

 

Burda ayrılıq fəslidir,
Baharı da soyuq olur.
Mən dönməyə can atdıqca
Sonuncu körpü yox olur.

 

Gizli sözüm vardı sənə,
Deməyi unutdum, getdim.
İçimdə bir qız ağlayır,
Səsini neyə bənzətdim.

 

Dilimə gələn, gəlməyən
İndi hər şey etirafdı.
Soyuq yel əsdi arada,
Əcəl aldı, yer apardı.

 

Bura günəşsiz ölkədir,
Qaranlıq çöküb qəlbimə.
Sarı çiçəklər göndərsən,
İşıq gələr gözlərimə.

 

Torpağın üzü soyuqdur,
Gəl qəbrimə üz söykəmə.
Soyuqlarsan, baxan olmaz,
Yoxluğumu dərd eyləmə.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !