Sumqayıt Dövlət Dram Teatrında görüş - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrında görüş (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında şair - dramaturq Nizami Muradoğlunun "Zülmətdə nur" kitabının təqdimat mərasimi keçirilmişdir. "Zülmətdə nur" müəllifin mənzum dramının adıdır. Qeyd edək ki, ötən teatr mövsümündə Sumqayıt Dövlət Dram Teatrında sözügedən dram əsasında eyniadlı tamaşa hazırlanıb tamaşaçıların ixtiyarına verilmişir. . Mənzum pyes Azərbaycan tarixinin ağrılı bir səhifəsini özündə əks etdirir. Mütəfəkkir şair, böyük dramaturq, Azərbaycanda romantizmin banisi Hüseyn Cavidin və ailəsinin başına gətirilən faciə, zamanın amansız repressiya maşınının törətdiyi qətliamlar mükəmməl şəkildə təsvir olunub. Həmçinin Hüseyn Cavidlə eyni taleyi yaşamış istiqlal şairləri Əhməd Cavadın və Mikayıl Müşfiqin çəkdikləri əziyyətlərdə pyesdə yer alıb.

Təqdimat zamanı teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edərək Nizami Muradoğlunun əsərinin tarixi həqiqətləri özündə ehtiva etmək baxımından sosial-siyasi əhəmiyyətini vurğuladı. "Zülmətdə nur" tamaşasının quruluşçu rejissoru, xalq artisti Firudin Məhərrəmov bildirdi ki, korifey sənətkar, nəhəng dramaturq haqqında pyes yazmaqda, onu tamaşaya hazırlamaqda məsuliyyətli işdir və nə yaxşı ki, yaradıcı heyət bu işin öhdəsindən layiqincə gələ bilib. Daha sonra kitabın redaktoru Əhməd Qəşəmoğlu, yazıçı- ssenarist, kulturoloq Hafiz İmamnəzərli, professor Allahverdi Məmmədli, jurnalist Kamil Məhərrəmli, əməkdar artist İlahə Səfərova və başqaları müəllifi təbrik etdilər, ürək sözlərini söylədilər. Bütün çıxışların məğzində bir fikir dayanırdı: Milli məfkurəmizin formalaşmasında iz qoymuş istiqlal ruhlu şairlərimizin həyat və fəaliyyətinin müstəqil, qüdrətli Azərbaycanın gənclərinə aşılanması təqdirəlayiq işdir. Tədbirdən sonra qonaqlar "Zülmətdə nur" tamaşasına baxdılar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !