Bu kəndin yiyəsi hardadır görən?! - - Şair İsfəndiyar soruşur

Bu kəndin yiyəsi hardadır görən?! - Şair İsfəndiyar soruşur

Bu kəndin yiyəsi hardadır görən?! 

 

Quruyub çölləri,quru düz qalıb,
Nə bir cığır qalıb,nə bir iz qalıb,
Bağları,suları sahibsiz qalıb,
Bu kəndin yiyəsi hardadır görən?!

 

Dünyanın işləri yaman tərs gəlib,
O hansı gündür ki,belə nəhs gəlib?
Nə bir haray qopur,nə bir səs gəlir,
Bu kəndin yiyəsi hardadır görən?!

 

Nə gözəl,bəxtəvər günləri vardı,
Mağar qurulardı,toy vurulardı.
Hər ev sərdabədir,hər ev məzardı,
Bu kəndin yiyəsi hardadır görən?!

 

Açıq qapısını bağlayanı yox,
Gələn qonağını saxlayanı yox,
Sahibsiz məzarın ağlayanı yox,
Bu kəndin yiyəsi hardadır görən?!

 

Görən uzaq qaçır,içəri girmir,
Qonşu qonşusuna bir salam vermir,
Xoruzu banlamır,itləri hürmür,
Bu kəndin yiyəsi hardadır görən?!

 

Bəlkə vəba düşüb,bəlkə göz dəyib?!
Görəni dərd basır,qəlbi göynəyir.
İlanlar,əqrəblər artıb ,törəyib,
Bu kəndin yiyəsi hardadır görən?!

 

Yolları,izləri basıb ot,cayır,
Külək sovruğunu düzlərə yayır.
Çaqqal vaqqıldayır,bayquş ulayır,
Bu kəndin yiyəsi hardadır görən?!

 

Quruyub çölləri,quru düz qalıb,
Nə bir çığır qalıb,nə bir iz qalıb,
Aranı yaylağı sahibsiz qalıb,
Bu kəndin yiyəsi hardadır görən?!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !