Niyazinin mənzil-muzeyində BMA –nın tələbələrinin Rəqs antologiyası adlı konserti keçirilmişdir - (+FOTOLAR)

Niyazinin mənzil-muzeyində BMA –nın tələbələrinin “Rəqs antologiyası” adlı konserti keçirilmişdir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 24 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Musiqi Mədəniyyət Dövlət Muzeyi – Niyazinin mənzil-muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Sabah qrupu üzrə fortepiano fakultəsinin tələbələrinin “Rəqs antologiyası” adlı konserti keçirilmişdir. Konsertdə tələbələr müxtəlif ölkə bəstəkarlarının bəstələdiyi rəqslərdən ibarət maraqlı konsert proqramı ilə çıxış etmişlər. Belə ki, Eldarlı Gülnaz: Dave Brubeck "Blue Rondo A La Turk", Günel İmanova: Debussy “Bohemian rhapsody”, Bokkerini “Menuet”, Abbaslı Nərmin: Steve Allen, Robert Brown " Gravy waltz", Mahmudova Sevda: M.Ravel “Grobnica”suitası, Kuperena “Menuet”, Bayramova Gülxanım: Shubert –“Alman rəqsləri”, Oscar Peterson “Laurentide waltz”, Tağıyeva Fidan: Billy Taylor “The Cuban Caper”, Tofiq Quliyev “Qaytağı”, İsayeva Ceyran: Bella Bartok «Macar rəqsləri», Nəzirli Nəzrin: P.Çaykovski “Dance of the sugar plum”, Moretti – vals, Niyazi “Rəqs”, Hacıyeva Günel: Vorota alqambri, Jay Mcshann “Vine street boogie” əsərlərini ifa etmişlər. Səslənən ifalar dinləyici auditoruyası tərəfindən olduqca maraqla qarşılanaraq alqışlara səbəb olmuşdur.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !