"Heç kimə kirli ayaqları ilə beynimdə gəzmə imkanı vermərəm"-Mahatma Qandi - + FOTOLAR (AZpress.AZ – Minə Türksoy)

"Heç kimə kirli ayaqları ilə beynimdə gəzmə imkanı vermərəm"-Mahatma Qandi + FOTOLAR (AZpress.AZ – Minə Türksoy)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma"və ata mənasını daşıyan "Bapu" adları ilə də tanınır. Hindistandarəsmi şəkildə "Xalqın atası" elan edilmişdir.Qandi əvvəlcə Cənubi Afrikada Hind toplumunun vətəndaşlıq haqları uğrunda sülhsevər etiraz həyata keçirmişdi. Afrikadan Hindistana geri qayıtdıqdan sonra yoxsul əkinçi və işçiləri ağır vergi siyasəti və ayrıseçkiliyə qarşı təşkilatlandırdı. Hindistan Milli Konqresinin liderliyini öz üzərinə götürərək yoxsulluğun azaldılması, qadın azadlıqları, müxtəlif din və etnik qruplar arasında qardaşlıq, kasta və toxunulmazlıq ayrıseçkiliyinə son qoymaq, ölkənin özünü iqtisadi baxımdan təmin etməsi və ən önəmlisi olan Svarac, yəni Hindistanın müstəmləkə vəziyyətindən qurtulması istiqamətində ölkə miqyasında təbliğat həyata keçirdi.
Bir sözlə desək Qandi Hindistanın qurtuluş simvoluna çevrilən,dünyada humanistliyi ilə tanınan liderlərdəndir.
Bu gün Hindistan Azərbaycan arasında dostluq ,mədəni və sairə kimi əlaqələr möhkəmlənməkdə davam edir.
AZpress.AZ informasiya agentliyinin məlumatına əsasən bildiririk ki,Hindistan azadlıq hərəkatının lideri, sülh müdafiəçisi Mahatma Qandinin həyatını əks etdirən rəsm sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin icazəsi ilə “Azərmarka” tərəfindən hazırlanmış Mahatma Qandi poçt markalarının təqdimatı keçirildi.
Tədbir Hindistan Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Respublikası Rəssamlıq İttifaqı üzvlərinin dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirildi. Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvüləri sərginin təşkilatçısı və layihə rəhbəri Aygün və Elnurə İsgəndərovanın dəstəyi ilə Mahatma Qandinın həyatını əks etdirən 50 rəssamın çəkdiyi portretlər nümayış olundu. Sərgidə bir çox mötəbər qonaqlar ,səfirlər və nümayəndəliklər iştirak edirdi.Tədbir cənab səfir çıxışı zamanı Qandi həyatından danışmış və rəssamlara öz təşəkkürünü bildirmişdir.
Azpress.az , Minə Türksoy.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !