"Aprel zəfəri layihəsinin açılış mərasimi baş tutub - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

"Aprel zəfəri” layihəsinin açılış mərasimi baş tutub + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

https://www.facebook.com/groups/232461030668048/ 

 

AZpress.AZ xəbər verir ki, 30.03.2019 tarixində “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin açılış mərasimi baş tutub. Aprel şəhidlərinin xatirəsinə həsr olunan bu layihənin açılış mərasimində dövlət rəsmiləri, media nümayəndələri, idmançılar, Aprel qaziləri, ehtiyatda olan zabitlər, “İrəli” İB üzvləri iştirak edib. Tədbir iki hissədən ibarət olub.
Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında ölkədə idman sahəsinin gənclərin sağlamlığı üçün olan əhəmiyyətindən danışıb. Aprel döyüşləri haqqında danışan nazir müavini qeyd edib ki, Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib. Fərid Cəfərov çıxışı zamanı qeyd edib ki, Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli cavabını verdi. Bu, ölkədə hərbi-texniki bazanın gücünün və Azərbaycan əsgərinin vətən sevgisinin, iradəsinin və ona inanan xalqın birliyinin nəticəsi idi.
Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Azərbaycan bayrağının beynəlxalq arenada qürurla dalğalanmasında idman sahəsinin xüsusi önəmi olduğunu qeyd edib. “Vətənpərvərlik təkcə cəbhədə döyüşməklə bitmir, həm də beynəlxalq arenada ölkəmizi müxtəlif idman oyunlarında təmsil etməklə bu missiyanı layiqincə yerinə yetirməkdir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub. Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada da bütün diqqətləri bu münaqişəyə cəlb etdi. Döyüşlərdə Azərbaycan Ordusunun inamlı qələbəsi sübut etdi ki, atəşkəs sazişinin imzalanmasından ötən dövr ərzində Azərbaycan öz ordusunu gücləndirib, ən müasir hərbi texnika, silah-sursatla təchiz edib” -deyə “İrəli” sədri bildirib.
Daha sonra püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 6 aprel tarixindən etibarən layihəni əhatə edəcək Futbol, Voleybol, Səmti müəyyənetmə, Yüngül atletika, Paintball, Atıcılıq, Velosiped idman növləri üzrə yarışacaqlar. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında püşk atmadan dərhal sonra 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları keçiriləcəkdir. “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır. Adı çəkilən layihədə 1000-dən artıq gənc iştirak edir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !