Gülnarə Xəlilovanın Novruz kolleksiyasi Özbəkistanda böyük maraq doğurdu - (+FOTOLAR)

Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda böyük maraq doğurdu (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Novruz” kolleksiyası Şəhrisəbzdə (Özbəkistan) keçirilmiş II Beynəlxaq Milli Geyim Festivalında böyük maraq doğurub.
…-in məlumatına görə, fəxri qonaq qismində dəvət festivalın təşkilatçılarından – Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi tərəfindən alınıb. Novruz bayramına həsr olunmuş tədbir KİV-də geniş işıqlandırılıb. Gülnarə Xəlilova fəxri diplomla qeyd edilib, KİV-lərə bir sıra müsahibə verərək Azərbaycanda Novruz bayramının keçirilməsinin böyük önəmini vurğulayıb.
Tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Gürcüstan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdiriblər. Festival çərçivəsində yeni başlayan modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçıların çıxışları baş tutub. İroda Ağzamxuja (Özbəkistan), Ayna İzbasar (Türkmənistan), Yekaterina Zabolotnova və Aliyə Edilova (Qırğızıstan) “Qızıl iynə” mükafatının laureatları olublar. Festivalın ən yaxşı modelləri: Bibi Awards nominasiyasında Şahzadə Baltabayeva (Qırğızıstan), Miss Shahrisabz nominasiyasında Kumuşxon Madumarova (Özbəkistan), Top Model nominasiyasında Diyera Kamolova (Özbəkistan), Fest Girl nominasiyasında Sitora İslomova (Özbəkistan) qalib olublar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !