Tarix İnstitutu soyqırımlarla bağlı onlarla sənəd toplusu nəşr etdirib - (+FOTOLAR)

Tarix İnstitutu soyqırımlarla bağlı onlarla sənəd toplusu nəşr etdirib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı genişləndirilmiş Elmi Şura keçirib.

Tarix İnstitutundan verilən məlumata görə, institutun direktoru, akademik Yaqub Mahmudov iclasda geniş məruzə ilə çıxış edib.

Yaqub Mahmudov bildirib ki, erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər: “Tarix İnstitutunda türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik”.

Akademik məruzəsində qeyd edib ki, sovet dönəmində Azərbaycan xalqına qarşı soyqırımları tarixi araşdırılmayıb və Şaumyan isə qəhrəman kimi təqdim edilib: “İnstitutda xalqımıza qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir”.

Yaqub Mahmudov deyib: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədləri gətirilib. İnstitut soyqırımlarla bağlı onlarla sənəd toplusu nəşr etdirib”.

Bildirilib ki, Tarix İnstitutu ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb. Layihənin ilk buraxılışları Azərbaycan xalqına qarşı soyqırımları tarixinə həsr olunub.

Xatırladaq ki, AMEA-nın Tarix İnstitutu dünyanın müxtəlif ölkələrindən görkəmli tarixçilərin iştirakı ilə 5 beynəlxalq soyqırımı konfransı təşkil edib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !