Qələbələrin təməli strateji olaraq baş qərargahlarda hazırlanır, taktiki olaraq meydanlarda təmin edilir... - - Tahir Süleymanov

Qələbələrin təməli strateji olaraq baş qərargahlarda hazırlanır, taktiki olaraq meydanlarda təmin edilir... - Tahir Süleymanov

https://www.facebook.com/groups/1110444829106515/ 

 

Paulyus güclü ordusu, slah-sursatı ilə əsir düşdü. Vlasov əsgərlərini güdaza verib özü satıldı, satdı. Kiyev ətrafında savaşlar tarixində bir döyüşdə ən çox zabit, əsgər qırılıb, qırdırılıb.

Məğlub, məhv edilən sıravi əsgərlərin böyük ölçüdə günahları olmur. Özünü fəda edən döyüş, səngər qəhrəmanlarını çıxmaq şərtilə hamısı təslim olmağa məhkum edilir, mühasirəyə salınır, satılır, generalların səriştəsizliyindən məhvə sürüklənilir.

Bəzi hallarda isə generalların özləri "yuxarı"ların tapşırığını yerinə yetirərək saxta olduqlarını sübut edirlər...

Azərbaycan futbolunun "silah-sursat" problemi yoxdur, baş qərargah, generallar problemi var. Dünya savaşını yanacaqla təmin edən Bakı nefti də illərdi futbola axır...

Döyüşlərə əsgərlər sistemli şəkildə hazırlanır, səngərlərə, döyüş meydanlarına göndərilir. Planları hazırlayan, həyata keçirən, məsuliyyət daşıyan baş qərargah və onun bacarıqlı generalları olur. Əks halda məğlubiyyətlər qaçılmazdır. Azərbaycan futbolunda olduğu kimi...

Peşəkar hazırlıqla yanaşı qələbə ruhu, milli qürur, psixoloji hazırlıq, sona kimi döyüşmək, məğlubiyyəti qəbul etməmək, meydanın hər qarışı uğrunda mübarizə aparmaq qələbələri təmin edir. Çıxılmaz vəziyyətdən də çıxış yolları tapılır. Stalinqrad döyüşlərində olduğu kimi...

Azərbaycan futbolunda "vlasovçular" məskunlaşıb, illərdi gəlmə "paulyusçular" bacarıqsız "döyüşçü-futbolçu"lar hazırlayır. Bu azmış kimi kütləvi muzdlu "əsgər-futbolçu"lar gətirilir. Bölgə "qarnizon"ları, milli ruhlu döyüşçülərin hazırlanması çoxdan unudulub...

Təbliğat bütün dövrlərdə əsas silahlardan biri olub. Müasir "listovka"lar məğlubiyyət psixologiyasını aşılayır, "gestapo", "nkevede" təfəkkürü ilə azarkeşlər stadionlardan didərgin salınır, futbol çökdürülə-çökdürülə səriştəsiz futbol "generalları"nın günlərı uzadılır...

Millətlər Liqasında ən zəif rəqiblərin "böyüdülməsi" fonunda fiasko, indi də "məğlubiyyət maşını"nın yeni dalğası...

Azərbaycan futbolu qruplar görmüşdü?! O vaxtlar da baş qərargahla birgə adamslar, gedelər, yerli "vlasovçu-paulyuslar" məğlubiyyət psixologiyasını millətə sırıyıb pullarını qazanırdı. Müstəqil futbol generalları yükü öz üzərlərinə götürüb döyüşə atıldı, Avroliqadan tutmuş Ç.L. qruplarına kimi yol açıldı...

Baş qərargaha nəticə-sübut ifşası sərf etmədi. Uğurlu futbol generallarına qarşı futbol represiyası başlandı. Bu gün də davam etməkdədir...

Yeni tarixlərin yazılması üçün baş qərargahlarda başlar yerində olmalıdır. Əsl generallar, inkişaf strategiyası, çəkinmədən, güclü rəqiblər önünə çıxmadan qələbələr qazanıla bilməz!

Səngərdən başını qaldırıb qorxmadan "düşmən"in üstünə atılaraq əsgərlərini arxasınca qələbəyə apara bilməyən general(lar)- general deyil!

"Vlasov-paulyusçu" baş qərargahla, fərsiz generallarla Azərbaycan futbolu mühasirəyə salınıb, satılıb...Belə durumda ancaq dövlətin, xalqın vəsaitini talayıb özləri qarışıq "muzdlu əsgərlərə" mükafatlar verilər...

Müharibə şəraitində belə generalların aqibəti bir olurdu!

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !