Müsabiqə qaliblərinin rəsmləri Moskvaya göndərildi - (+FOTOLAR)

Müsabiqə qaliblərinin rəsmləri Moskvaya göndərildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), strategiya.az və “Vışka” qəzetinin informasiya dəstəyi ilə Moskvada keçirilən uşaq rəsm müsabiqəsində iştirak edir. Müsabiqə 1943-cü ildən Rusiya Federasiyasında məktəblilərin yaz tətili günlərində Uşaq Kitabı Həftəsi çərçivəsində keçirilir.
Azərbaycanın sözügedən müsabiqədə ilk dəfə iştirak etdiyini nəzərə alaraq, gənc rəssamlarımıza Azərbaycan müəlliflərinin əsərlərindən çəkilmiş şəkillərin müsabiqəyə təqdim edilməsinə razılıq verilmişdir. Müsabiqə iştirakçıları yazıçıların əsərlərinə dair şəkillər təqdim etmişdilər. Zəhra Həşimlinin (İ.A.Krılov“Tülkü və üzüm”), Rauf Məmmədovun (А. Belyayev“Amfibiya adamı”), Aysu Bağırovanın (К. Doyl“Baskervilərin iti”), Zəhra Qəribovanın (P.Bajov“Serebryannoye kopıtse”), Zeynəb Quliyevanın (А.Belyayev“Ostrov poqibşıx korabley”), Ana Tetraşvilinin(В.Бианки “Mavi qurbağalar”) çəkdikləri rəsmləryekun turda iştirak etmək üçün Moskvaya göndərilmişdir. Bundan başqa, Moskvada yaşayan həmvətənimiz 10 yaşlı Kamilla Nəbiyevanın iki rəsmi (А. Rzayeva“Kukla”, Sevinc Ağa Xəlilqızı“Yalqız canavar”) müsabiqəyə təqdim edilmişdir.
Müsabiqəyə aprelin sonunda Moskva şəhərində yekun vurulacaq.
Müsabiqəyə təqdim olunan rəsmlərlə yasamal.cls.az/more/text/79179  tanış olmaq olar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                          

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !