ÜZÜLDÜYÜM ANIN ŞEİRİ - - Əbülfət MƏDƏTOĞLU

ÜZÜLDÜYÜM ANIN ŞEİRİ - Əbülfət MƏDƏTOĞLU

https://www.facebook.com/groups/458090628035596/ 

 

( " Bir qadına ... və hamıya " silsiləsindən )

 

Ürəyim elə əsir -
Sapından qopur sanki ...
Ölüm gözlərimə də -
səssiz hopur inan ki!


Qaranlığın yuvası -
ağrının hopduğu can...
Sən dildə son duası -
ruhu qan aparır , qan!..


Gözlərin sancıldığı
nöqtə dözmür , əriyir...
Əlimin açıldığı -
göy üzü də tərliyir...


Ovunmaq mənasız cəhd
asilikdi intihar...
Bu an nəyi edər əhd-
səncə, mən tək bir dindar!


Qəmi bulud tək ötür
qoyma damsın bir gilə...
Qopmuş ürəyi götür -
ürəyində dəfn elə!..

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !