DANIŞIQLARIN FORMATI: PAŞINYANIN IDDIASI, POLITOLOQLARIMIZIN ARQUMENT(SİZLİY)İ - - Asəf Quliyevin araşdırması

DANIŞIQLARIN FORMATI: PAŞINYANIN IDDIASI, POLITOLOQLARIMIZIN ARQUMENT(SİZLİY)İ - Asəf Quliyevin araşdırması

https://www.facebook.com/groups/1110444829106515/

 

Son günlər Qarabağ münaqişəsi ətrafında gedən ən qızğın müzakirə danışıqlar formatının dəyişdirilməsi və ya dəyişdirilməməsidir. Bu müzakirənin əsas məqsədi sözsüz ki, sonda Dağlıq Qarabağ icmasının danışıqlar masasına oturdulmasına xidmət edir. Erməni tərəfi sözsüz ki, erməni icmasını tərəf kimi görmək istəyir. Amma rəsmi Bakı erməni icmasının azərbaycanlı icması ilə bərabər maraqlı tərəf kimi danışıqlarda iştirakını təkid edir. Artıq proses start götürüb. Bu ideyanın arxasında qoca qitə dayanır və 2019-cu ildə bunun reallaşdırılması danışıqlarda böyük uğur kimi təqdim olunacaq. Sözsüz ki, Rusiya özünün olmayan ideyaların heç birini arzulamır və prosesin gecikməsinin pərdəarxası səbəbi budur.

 

PAŞİNYANIN İDDİASI


Keçək Ermənistan baş nazirinin format dəyişikliyi ilə bağlı bəyanatlarına. Paşinyanın bu bəyanatları eyni zamanda həm daxili auditoriyası, həm bizim auditoriyaya, həm də müxtəlif qütblərdən prosesi izləyən beynəlxalq auditoriyaya ünvanlanıb. Paşinyan tələb edir ki, Dağlıq Qarabağ erməniləri danışıqlarda iştirak eləsin. Bu isə formatın dəyişikliyi demək olardı. Amma Azərbaycan buna razı deyil və olmayacaq. Azərbaycan Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovu Tural Gəcəliyevlə dəyişməklə danışıqların nəzərdə tutulan yeni mərhələsində mümkün sürprizlərə artıq hazırdır. Amma Ermənistan hələ ki, öz dediyini deyir. Əvvəl format dəyişikliyi, indi isə formatın bərpası adı ilə...
Yaranmış bu situasiya prosesin sanki dalana dirənməsi görüntüsünü yaradır. Amma Azərbaycanın əlində olan hüquqi və siyasi arqumentlərdə beynəlxalq auditoriyaya mesaj vermək olar.

 

POLİTOLOQLARIMIZIN ARQUMENT(SİZLİY)İ


Azərbaycan tərəfdən hələ ki, Paşinyanın iddialarına ciddi yanaşılmır. XİN rəsmilərinin və hakimiyyət politoloqlarının arqumentləri “olmaz” nidasından və Minsk Qrupunun məlum bəyanıtına istinadla yekinlaşır.
Amma tarixə qısa ekskurs etməklə daha tutarlı arqumentlər tapmaq olar.

 

TARİXİ EKSKURS


Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti 1988-ci ilin 20 fevralında Azərbaycandan ayrıldığını və Ermənistana birləşmək istədiyini bəyan edən qərar qəbul elədi. Və Bu qərarın icrasını təmin etmək üçün SSRİ, Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə müraciət göndərdi.
Bu müraciətə Ermənistan SSR Ali Soveti 1988-ci ilin iyun ayının 15-də reaksiya verdi. Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-nin ərazisinə qatıldığını ehtiva edən qərar qəbul etməklə.
İlhaq prosesinin davamı kimi 1989-cu il 1 dekabr da Ermənistan parlamenti Dağlıq Qarabağ ermənilərinin Milli Şurası Qarabağın Ermənistana birləşdirildiyini bəyan etdi.
Bu günə qədər Ermənistan SSR-nin varisi olaan Ermənistan Respublikası heç bir formatda (nə parlament qərarı, nə də prezident sərəncamı ilə) bu 15 iyun 1988, 1 dekabr 1989-da verilən qərarların qüvvədən düşdüyün ehtiva edən qərar verrilməyib. Bu isə ilhaq faktının hələ də qüvvədə qaldığı deməkdir.
Məhz bu qərarlara görə bu gün Ermənistanın Dağlıq Qarabağı müstəqil beynəlxlq subyekt kimi tanıması hüquqi cəhətdən mümkün deyil. Ermənistan Dağlıq Qarabağı tanımaq üçün bundan əvvəlki qərarlarını qüvvədən düşmüş elan etməlidir.
Bu gün Paşinyanın iddialarına cavab vermək üçün ən ciddi hüquqi sənədlər nədənsə heç kimin yadına düşmür. Politoloqlarımız isə daxili auditoriyaya hesablanmış şərhlər verməklə məşğuldur. Bu sənədlərə görə Azərbaycanın danışıqları Ermənistanla aparması məntiqlidir.
Ermənistanın özünə birləşdirdiyi və özünün tanımadığı bir subyekti danışıqlarda Azərbaycanın tərəf kimi tanımasını istəməsi absurddur.
Bəlkə bu absurdu da Paşinyanın yadına salaq... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !