Tanınmış usta aşpaz Oruc müəllimin ad günüdür -

Tanınmış usta aşpaz Oruc müəllimin ad günüdür

https://www.facebook.com/groups/458090628035596/ 

 

Bu gün əməkdar mədəniyyət işçisi, usta aşpaz Oruc müəllimin ad günüdür. Oruc müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.
Əliyev Oruc Nağı oğlu
1956-cı ildə anadan olmuşdur
Əməkdar Mədəniyyət işçisi
Usta aşpaz
AMKA-nın idarə heyətinin və
Respublika Kulinariya Şurasının üzvü
Əliyev Oruc Nağı oğlu 25.03.1956-cı il tarixdə Ermənistan SSR-də dünyaya gəlib, boya-başa çatıb, Bakı Sovet Ticarəti Texnikumunu sonra isə Azərbaycan Xalq Təsərüffatı İnstutunu bitirib. Azərbaycan Mehmanxanası – İnturist (1974-2007) – aşpaz, baş aşpaz, “Caspian Crystal” (2007-2009) – baş aşpaz, “Ay işığı” istirahət mərkəzi (2009-2011), “Qafqaz Park Hotel” (2011-dən bəri), “Elita Palace” (2014) baş aşpaz vəzifələrində çalışıb. 1993-cü ildə Ticarət Nazirliyi tərəfindən verilmiş “Usta Aşpaz” fəxri adına layiq görülüb.
1993-cü ildə Azərbaycan Milli Kulinariya Assosiasiyasının xətdi ilə xarici ölkələrdə beynəlxalq yarışlarda çıxış edib və ilk Azərbaycan Milli Kulinariya komandasının üzvü olub. Oruc Əliyev Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı , Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəxri fərmanı, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Azərbaycan Milli Kulinariya Mərkəzinin fəxri fərmanları ilə təltif olunub, AMKA-nın fəxri üzvüdür.
21 aprel 2016-cı il tarixdə Oruc Əliyevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Oruc Əliyev bir sıra ölkələrdə Azərbaycan Milli Mətbəxinin təbliğində iştirak etmişdir:
- 1993-cü ildə Malta;
- 1994-cü ildə Almanya;
- 1996-cı ildə Misir;
- 2012-ci ildə Amerika, Türkmənistan;
- 2014-cü ildə Malayziya, Moldova.
- 2014-cü ildə Fransa
Hal - hazırda Dövlət Neft Şirkətində baş aşpaz vəzifəsində çalışır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !